11-09-2024, 09:43 1281

“SİMA İmza” ilə ƏMAS-da 150 mindən çox müqavilə imzalanıb

Prezidentin 12 avqust 2024-cü il tarixli fərmanı ilə Əmək Məcəlləsində edilən dəyişikliyə əsasən ölkəmizdə əmək müqavilələri və əmək müqaviləsinə edilən dəyişikliklər gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra hüquqi qüvvəyə minir.

Müqavilələrin imzalanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və məşğulluq” altsistemi (ƏMAS) platforması üzərindən SİMA rəqəmsal imza, Elektron imza (SİMA Token) və Asan imza ilə həyata keçirilir.

SİMA rəqəmsal imza vətəndaşlar üçün rahat və iqtisadi cəhətdən sərfəli bir vasitədır. “SİMA İmza”nı əldə etmək üçün hansısa müəssisə və təşkilata getməyə, hər hansı ödəniş etməyə ehtiyac yoxdur. Vətəndaşlar onlayn qaydada, sadəcə smartfonlarına “SİMA İmza” tətbiqini yükləyib qeydiyyatdan keçməklə rəqəmsal imzanı əldə etmiş olur və əmək müqaviləsini istənilən vaxt, istənilən yerdə imzalaya bilirlər.

“SİMA İmza”nın ƏMAS platformasına inteqrasiyası vətəndaşların kütləvi şəkildə elektron imza almaq üçün xidmət məntəqələrinə getməsinin, uzun və yorucu növbələr yaranmasının qarşısını alıb.

Statistikaya əsasən son 1 həftə ərzində ƏMAS platformasında 150 mindən çox əmək müqaviləsi “SİMA İmza” ilə imzalanıb. Hər gün təxminən 40000 nəfər tətbiqdə uğurla qeydiyyatdan keçir.

Lakin bəzi hallarda vətəndaşların şəxsi smartfonunun olmaması və nəticədə “SİMA İmza”dan istifadə edə bilməməsi halları yaşanır. Bu cür hallarda işəgötürənin öz əməkdaşını digər üsullarla elektron imza ilə təmin etməsi məqsədəuyğun hesab edilir. Bununla belə, “AzInTelecom” MMC smartfonu olmayan vətəndaşlara dəstək məqsədi daşıyan rəqəmsal imza həlli hazırlayır.

Eyni zamanda SİMA İmza tətbiqində qeydiyyatdan keçən zaman bir sıra şəxslərin çətinliklə üzləşdikləri də müşahidə edilir. SİMA İmza tətbiqində qeydiyyat vətəndaşın şəxsiyyət vəsiqəsindəki şəklinin biometrik üz cizgiləri ilə eyniləşdirilməsi nəticəsində aparılır. Odur ki, biometrik qeydiyyat zamanı cihazın ekranına arxadan və kənardan işıq düşdükdə, sifət aydın görünmədikdə, üzü bağlayan vasitələr olduqda, estetik əməliyyatlar nəticəsində simada müəyyən dəyişikliklər edildikdə problemlər yaranır.

Qeydiyyat prosesində həmçinin biometriya və süni zəka tətbiq olunur. Bu da başqasının əvəzinə qeydiyyatdan keçmək hallarının qarşısını alır.

SİMA İmza tətbiqində qeydiyyat prosesi ilə aşağıdakı videomaterialda ətraflı tanış ola bilərsiniz:

https://youtu.be/XWvnIORg1_E?si=2wCiaZSs22Fqu1Et

Əlavə olaraq, biometrik qeydiyyat zamanı aşağıdakı videomaterialda qeyd edilən məqamlara diqqət etməyiniz xahiş olunur:

https://youtu.be/e_IdYfgv5h4?si=Pk-roEfUhHKZiNur

“SİMA İmza” tətbiqində qeydiyyatla bağlı 157 Zəng Mərkəzinə, alternativ olaraq SİMA-nın sosial media platformalarındakı səhifələrinə müraciət edə bilərsiniz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi ilə bağlı sual yarandıqda isə “DOST Çağrı Mərkəzi 142”yə müraciət etmək olar.

Paylaş

Xəbər lenti

XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk Bu gün, 22:48 Paşinyan jurnalisti təhqir etdi, məhkəmə ilə hədələdi Bu gün, 22:48 Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir Bu gün, 22:48 Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı Bu gün, 22:48 SEPAH: İran ABŞ-nin Avropadakı bazalarına zərbələr endirmək iqtidarındadır Bu gün, 22:48 Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib Bu gün, 21:48 Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb Bu gün, 21:48 Emin Əmrullayev Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi Bu gün, 21:48 Türkiyə dünya aviasiya tarixində ilkə imza atdı Bu gün, 21:48 Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib Bu gün, 21:48 "Eternity-2026" təlimi çərçivəsində Azərbaycanla Gürcüstanın nümayəndələri görüşüb Bu gün, 20:48 Bakıda avtobusdan istifadə edənlərə VACİB XƏBƏRDARLIQ - 20 noyabr saat 00:00-dan... Bu gün, 20:48 TRIPP layihəsi üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın nəticələri təqdim olunub Bu gün, 20:48 Vəkil Orxan Kəngərli həbs edildi Bu gün, 20:48 Ermənistan və Türkiyə Marqara sərhəd məntəqəsində ikinci körpü tikməyi planlaşdırır Bu gün, 20:48 Sabah mərkəzi prospektdə hərəkət məhdudlaşdırılacaq Bu gün, 20:48 Azərbaycan ən həssas vəziyyətdə olan ölkələri dəstəkləyir Bu gün, 19:48 Azərbaycanda 360 mindən çox təhsilalan ikinci və ya üçüncü növbədə oxuyur - Statistika Bu gün, 19:48 Özəl investisiyalar Azərbaycan iqtisadiyyatının artımını sürətləndirəcək Bu gün, 19:48 "DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub Bu gün, 19:48 Nərmin Mirzəyeva: ƏMAS əmək qanunvericiliyinin pozulmasının qarşısını əvvəlcədən alır Bu gün, 19:48 Futbolçu karyerasını başa vurub, heyvandarlıqla məşğul olmağa başladı Bu gün, 18:48 Xankəndi stadionunda tarixə düşən ilk çempionat qolu vuruldu Bu gün, 18:48 61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial BU TARİXDƏ BAŞLAYIR Bu gün, 18:48 Azərbaycan Türkiyəyə 2 milyard dollarlıq qaz ixrac edib Bu gün, 18:48 Azərbaycan 3 ölkədən düyü tədarükünü bərpa edib Bu gün, 18:48 Azərbaycan cüdoçusu Məhəmməd Musayev gənclər arasında dünya çempionatında bürünc medal qazanıb Bu gün, 18:48 FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır Bu gün, 18:48 Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb Bu gün, 18:48 Küləklə bağlı narıncı XƏBƏRDARLIQ! Bu gün, 17:48 Məleykə Abbaszadə BDU-da kollektivə təqdim olunub Bu gün, 17:48 PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib Bu gün, 17:48 Açıq kanalizasiya quyusunun qapağı niyə yoxa çıxıb? - RƏSMİ AÇIQLAMA Bu gün, 17:48 Prezident İlham Əliyev Vyetnama rəsmi səfər edib Bu gün, 17:48 "Baksol"da gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən sahə rəisinə 3 il müddətə cəza verilib Bu gün, 17:48 "HERMES" adlı bank olmayan kredit təşkilatı"na lisenziya verilib Bu gün, 17:48 10 ay ərzində narkotiklə bağlı neçə nəfər TUTULUB? - RƏSMİ Bu gün, 17:48 Məşhur aktrisa şəkillərini sataraq evinin borcunu ödədi Bu gün, 17:48 Ramin Rzayev: İcbari tibbi sığorta xidmətlərinin keyfiyyəti və əlçatanlığı artırılır Bu gün, 17:48 Qərbi Azərbaycanın Dərə kəndi: 1980-ci illərdə azərbaycanlılar qovuldu, adı dəyişdirildi Bu gün, 17:48 Azərbaycanda istehlakçı müraciətlərinin sayı 10 ayda 31 faiz artıb Bu gün, 17:48 Qubadlının üç yaşayış məntəqəsində 28,8 milyon manatlıq layihə həyata keçiriləcək Bu gün, 17:48 İrem Derici onların milyonluq qonorarlarına üsyan etdi: "And içirəm ki, belə pullar yoxdur" Bu gün, 17:48 Tbilisidə qaz partlayışından 8 saat sonra dağıntılar altından uşaq sağ çıxarıldı Bu gün, 17:48 Əhalinin NƏZƏRİNƏ - Səhər saat 4-dən başlayıb Bu gün, 16:48 "Santa-Barbara" serialının aktyoru qəzadan sonra vəfat etdi Bu gün, 16:48 Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı - 5 il 6 ay Bu gün, 16:48 Nazirlik "İnterturan" mebel mağazasının fəaliyyətini dayandırdı Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR