
Yeni mövsümün hazırlıqlarını davam etdirən “Sərhədçi” heyətinə daha bir basketbolçu qatıb.
Klubdan "Report"a verilən məlumata görə, komanda ABŞ-li basketbolçu Marlon Teylorla anlaşıb.
Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Marlon Teylorun son klubu Yeni Zelandiya təmsilçisi “Vellinqton Saynts” olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.