13-09-2024, 15:55 440

Etimad qazanmağın Zəngəzur yolu imtahanı - İrəvan bu sınağa yaxşı hazırlaşmır - ŞƏRH

Zəngəzur yolu ilə bağlı məsələ İranla Ermənistanı çaşdırıb. Tehran hakimiyyəti bu məsələni qəsdən, yaxud guya bilməyərəkdən ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və s. bu kimi məsələlərlə qarışdırır, mahiyyəti üzrə olmayan “qırmızı xətdən” bəhs edir.

Hətta, bu məsələ ilə bağlı Rusiyanın mövqeyini dəqiqləşdirmək üçün ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian əlüstü Moskvaya səfər edib. O, Rusiyada Prezident Vladimir Putin və Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb. Rəsmi Moskva Zəngəzur yolunun açılması ilə bağlı məsələdə mövqeyinin dəyişməz olduğunu bildirib. Bu isə o deməkdir ki, Kreml 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanatın 9-cu maddəsinin gerçəkləşməsinə sadiqdir.

İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançının isə ermənistanlı həmkarı Vaan Kostanyanla telefon danışığı olub. O, rəsmi İrəvanın təmsilçisinə “beynəlxalq sərhədlərin pozulmaması prinsipi” ilə bağlı Tehranın mövqeyini bir daha çatdırıb. Ermənistanlı nazir müavini həmkarını İrəvana səfərə dəvət edib, qarşı tərəf bunu müsbət qarşılayıb. Kostanyan İranın ərazi bütövlüyü prinsipinə dair mövqeyini yüksək qiymətləndirdiklərini deyib.

Xatırladaq ki, bu günlərdə İrəvanda keçirilmiş beynəlxalq konfrans çərçivəsində İran XİN başçısının başqa bir müavini Məhəmməd Həsən Şeyxülislami də Ermənistanda olub.

Bu səfərlərə, görüşlərə, açıqlamalara baxmayaraq yolun açılması Ermənistana daha çox faydalıdır. Çünki bu onun Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması, qarşılıqlı etimad mühitinin yaranması, iqtisadi-ticarət əlaqələrinin yaranmasına yardım edər. İran da bu yolun üstünlüklərindən səmərəli istifadə edə bilər.

Zəngəzur yolunun ölkələr, region və qlobal miqyasda əhəmiyyətli olsa da, Ermənistan hər dəfə müxtəlif bəhanələrlə onun reallaşmasını əngəlləyir. Məsələ ilə bağlı rəsmi İrəvan hələ də bitkin, səbatlı mövqe açıqlamayıb.

Hər dəfə məsələyə dair yarımçıq, müəyyən olmayan açıqlamalar verir.

Son günlər Ermənistan hakimiyyəti yolun xarici özəl təhlükəsizlik şirkəti tərəfindən müdafiə edilə bilməsinin mümkünlüyünü söyləməklə yenə natamam açıqlama verib.

Nikol Paşinyan Zəngəzur yoluna nəzarətlə bağlı ideyanı, o cümlədən Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nəzarət etməsi müddəasını inkar edir.

Paşinyanın çıxışından belə qənaətə gəlmək olar ki, baş nazir xarici şirkətin yola nəzarət etməsinin Ermənistanın suverenliyini qoruması ilə ziddiyyət təşkil etmədiyini bildirib. Onun suverenliyi beynəlxalq birlik tərəfindən tanınıb. Ermənistanın suverenliyi çərçivəsində üçüncü tərəfin yola nəzarət etməsi heç bir hüquqi ziddiyyət doğurmur, əksinə, siyasi müstəvidə qarşılıqlı inamı gücləndirir.

Ancaq burada məsələ suverenlik məsələsi üzərindən rəsmi İrəvanın manipulyasiya etməsidir. O, Naxçıvana yolu açmamaq üçün bu anlayışdan bəhanə kimi istifadə edir.

O halda sual yaranır: Ermənistan suverendir? Bu halda suveren dövlət nədir anlayışına diqqət edək. Beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olana suveren dövlət deyirlər.

Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib, müəyyən bir ərazisi, ali və tək hökumətli olaraq başqa suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Habelə suveren dövlət başqa birindən nə asılı, nə də həmin dövlətə tabe olmalıdır.

Baş verənlərə diqqət etsək Ermənistanın hələ də suveren olmadığı, yaxud suverenliyinin şübhəli olduğunu ehtimal etmək olar. Çünki bu dövlət əvvəllər siyasi və iqtisadi cəhətdən Rusiyadan asılı vəziyyətdə idi. İndi bu asılılığın müstəvisi qərbə doğru meyllənir. Bu anlayışların tərifindən, izahatından göründüyü kimi, İrəvan suverenlik kimi məsələni bəhanə edir. Ölkəsini suveren kimi təqdim etməyə səy göstərir.

Rusiya Paşinyanı bu sürüşkən mövqeyinə görə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dilindən sərt tənqid edib. O, baş naziri Cənubi Qafqazda “canları bahasına sülh uğrunda mübarizə aparanlara” hörmət etməyə çağırıb. Sözçü sənədlərdən sitat gətirməklə məsuliyyətsizlik etməməyi, yüngül yanaşmamağı bildirib.

M.Zaxarova bildirib ki, bölgədə sülh və sabitliyə nail olmaq üçün uyğun sənədlərin müddəalarını hazırlayanların səylərinə hörmət etmək lazımdır.

Əlavə edib ki, Rusiya sərhədçilərinin Ermənistan ərazisindən çıxması onun təhlükəsizliyinə mənfi təsir göstərəcək. Onun sözlərinə görə, RF-nin Ermənistandakı sərhəd qoşunlarının statusunu tənzimləyən əsas sənəd müddətsiz xarakter daşıyır.

Bu baxımdan Ermənistanın xarici özəl şirkət dəvət etmək istəyi beynəlxalq öhdəliklərə zidd sayılır.

Mariya Zaxarova
Mariya Zaxarova

Nikol Paşinyan suverenlik məsələsini bəhanə etməklə üçtərəfli bəyanatdan irəli gələn öhdəliyə əməl etməkdən boyun qaçırmış olur. Rəsmi İrəvanın bu sayaq çıxışı və davranışı Ermənistan dövlətinə etimadsızlığı artırır. Niikol Paşinyan iddia edir ki, Azərbaycanla sülh sazişinə dair 16 maddədən 13-ü razılaşdırılıb. O rəsmi Bakıdan razılaşdırılmış müddəaların imzalanmasını istəyib. Onun sözlərinə görə, bu sənədə uyğun olaraq tərəflər üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməmək üçün öz qanunlarına istinad edə bilməyəcəkləri bənd artıq razılaşdırılıb. Üçtərəfli bəyanatın müddəasını həyata keçirməməklə Ermənistan ona olan inamsızlığı artırır. Belə çıxır ki, bu sənəddə nəzərdə tutulan öhdəliyə əməl etməyən rəsmi İrəvan açıqladığı, razılaşdırılmış müddəlara da əməl etməyə bilər. Zəngəzur yoluna nəzarət məsələsində gətirdiyi bəhanələri sülh sazişinin imzalanmış müddəaları ilə bağlı təkrarlayar. Onda Ermənistanla sülh sazişinin imzalanmasının heç bir əhəmiyyəti olmaz. Zəngəzur yolu ilə bağlı öhdəliklərə əməl etməsi həm də rəsmi İrəvana inam yaradar. Bu layihə öhdəliklərin əməl edilməsi baxımından Ermənistan üçün sınaq imtahanıdır. Rəsmi İrəvan isə imtahana yaxşı hazırlaşana oxşamır.

Paylaş

Xəbər lenti

Azərbaycanda bələdiyyə sədri qəfil VƏFAT ETDİ Bu gün, 08:48 Üç uşaq atası ilə birlikdə meyiti tapılan qadın kimdir? Bu gün, 08:48 Dünya bazarında qızıl ucuzlaşmaqda davam edir - Qiymət 3 800 dollara yaxınlaşıb Bu gün, 08:48 "Embawood"un anbarında ölüm hadisəsi olub Bu gün, 08:48 Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı Bu gün, 00:48 Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib Bu gün, 00:48 Qardaşı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları Bu gün, 00:48 Ailəsindən ayrılan kişinin başqa qadınla meyitinin tapılmasının yeni təfərrüatı Bu gün, 00:48 İsmayıllı-Lahıc yolunda uçqun olub: Hərəkət dayanıb Dünən, 23:49 Müzəffər İsayev vəfat etdi Dünən, 23:49 ABŞ Keşm adasına raket zərbəsi endirdi Dünən, 23:49 Kürdəmirdə ailənin evi əşyaları ilə birlikdə külə döndü: "30 ilin zəhməti 30 dəqiqəyə yox oldu" Dünən, 23:48 Rusiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum oldu Dünən, 23:48 Gürcüstandan maşın almaq istəyənlərin nəzərinə Dünən, 23:48 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər Dünən, 23:48 Ağır qəza baş verdi - Ölən və xəsarət alanlar var Dünən, 22:48 Uşağa qulluğa görə müavinət bu şəxslərə verilməyə bilər - Yeni qayda Dünən, 22:48 "İstək" MMC-də saxta köçürmələr və milyonluq pul iddiası: Şirkət daxilində nə baş verib? Dünən, 22:48 Elektromobillərin təkərləri niyə tez sıradan çıxır - Səbəb məlum oldu Dünən, 22:48 Bədbəxt hadisə nəticəsində ölən Elvinin fotosu Dünən, 22:48 Paytaxtda daha bir marşrut üzrə avtobuslar yenilənir Dünən, 21:48 Maaşını kartla alanların NƏZƏRİNƏ - 2027-ci il aprelin 1-dən... Dünən, 21:48 Qaz xətti qırıldı, evə ziyan dəydi: Ağacın aşmasında şirkət günahkardır? Dünən, 21:48 ABŞ-də benzin qiymətləri ən aşağı səviyyəyə düşdü Dünən, 21:48 Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər Dünən, 21:48 Bakıda sakinlər su əvəzinə hava alır, sayğac isə pul hesablayır – ŞİKAYƏT Dünən, 20:48 Saatlıq əməkhaqqı gəlir: Kimlər daha yüksək maaş alacaq? Dünən, 20:48 "Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar? Dünən, 20:48 Bakıda sürücülər tıxacdan yayınmaq üçün səkiyə çıxırlar – QAYDA POZUNTUSU Dünən, 20:48 Türkan Şoray: "Yeşilçam yoxluqlar içində möcüzələr yaradırdı" Dünən, 20:48 Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir Dünən, 20:48 İranın Qeşm adasında silsilə partlayışlar baş verib Dünən, 19:48 Azərbaycanın U-21 millisi Omanın U-23 komandası üzərində qələbə qazanıb Dünən, 19:48 Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib Dünən, 19:48 Rusiyada 13 nəfərin olduğu təyyarə yerə çırpıldı: Ölənlər var Dünən, 19:48 Qlobal kiberhücumun miqyası böyüyür: 178-dən çox şirkət zərər gördü Dünən, 19:48 Səyyad Aran "danışmaqxana" məsələsi barədə: "Sədrdir, irad da bildirər, replika da edər" Dünən, 19:48 "Azərpoçt"un adından fişinq hücumları var Dünən, 18:48 Xəstəxanaya yerləşdirilən müğənninin son vəziyyəti açıqlandı Dünən, 18:48 Ürək əməliyyatı olan aparıcı vəfat etdi Dünən, 18:48 Samir Şərifov: Azərbaycan və Aİ arasında son vaxtlar müsbət dinamika müşahidə olunur Dünən, 18:48 Gürcüstanda azərbaycanlı siyasətçi keçmiş arvadını öldürtmək üçün killer tutdu Dünən, 18:48 Bakıda bu il 47 şadlıq sarayında yoxlama keçirilib, 41-də nöqsanlar aşkarlanıb Dünən, 18:48 Ronaldonun "7" nömrəli forması ona verildi - 22 yaşlı futbolçunun inanılmaz hekayəsi Dünən, 18:48 Məzuniyyətlə bağlı qaydalar dəyişir Dünən, 17:48 Bakının yeni özəl premium məkanlarından biri: MİSRİ Dünən, 17:48 İslam Rzayev və Azad Balayevin məhkəməsi başlayır Dünən, 17:48 Qadınlar Leonardo DiKaprionun ad gününə avtobusla gəldilər Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR