
“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik Floridada ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampa qarşı sui-qəsd cəhdini şərh edərkən bildirib.
“Keçmiş prezidentin sağ-salamat olmasına və hüquq-mühafizə orqanlarının cəld hərəkətə keçməsinə təbii ki, sevinirik. Biz, əlbəttə ki, siyasi zorakılığın istənilən formasını pisləyirik”, - deyə o bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.