
"Neftçi" İdman Klubunun basketbol komandası heyətini iki yeni oyunçu ilə gücləndirib.
Bu barədə "AVESTA.AZ"a Bakı təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Bunlar ABŞ-dən olan Bobi Harvi və Brendon Saqzdır.
Onlar daha əvvəl müvafiq olaraq “Portland State” və “New Mexico State” klublarının formasını geyiniblər.
"Neftçi" daha əvvəl dörd oyunçunun transferini açıqlamışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.