24-09-2024, 11:48 368

“Yango Azerbaijan” Bakıda hazır yeməklərin çatdırılması xidmətinə start verib

Beynəlxalq texnologiyalar şirkəti "Yango Group"un tərkibinə daxil olan “Yango Azerbaijan” şirkəti Bakıda kafe və restoranlardan hazır yeməklərin çatdırılması xidmətinə start verib. “Yemək adlanan bu xidmətdən “Yango” tətbiqi vasitəsilə yararlanmaq mümkündür.

Artıq şəhər sakinləri yeməkləri isti-isti birbaşa evlərinə sifariş edə bilərlər. KFC, “Shaurma 1”, “Burger King”, “Pizza Hut”, “FreshBox”, “Bir-Iki” və digərləri də daxil olmaqla 115-dən çox tərəfdaş restoran artıq xidmətə qoşulub. Bundan sonra da tərəfdaşların siyahısı böyüməkdə, çatdırılma sahəsi isə genişlənməkdə davam edəcək. “Yango” istifadəçiləri geniş çeşiddə yeməklər sifariş etmək imkanı əldə edəcək, tətbiqdəki filtrlər və xüsusi seçimlər isə sifariş prosesini asanlaşdırmağa şərait yaradacaq.

Kuryerlər sifarişləri tətbiqdə yerləşdirildikdən orta hesabla 30 dəqiqə ərzində ünvana çatdırırlar. Yeməklər termal çantalarda çatdırılır ki, bu da onları lazımi temperaturda saxlamağa imkan verir. Hazır yeməklər tərəfdaş logistika xidmətlərinin və ya restoranların əməkdaşları tərəfindən çatdırılır. Kuryerlər velosiped, motosiklet və avtomobillə hərəkət edirlər.

Servisin "ağıllı" texnologiyaları tərəfdaşlarla işi və çatdırılma vaxtını optimallaşdırmağa imkan verir. İstifadəçi mövcud restoranlar siyahısında ilk növbədə yaxın ərazidə yerləşən restoranları görür. Yeməklər hazırlandığı müddətdə platforma sifarişləri paylayır və mövcud kuryerləri nəzərə alaraq optimal marşrutlar qurur. Tətbiqdə yeməklərin çatdırılmasının bütün mərhələlərini - sifarişin statusunu və kuryerin olduğu yeri izləyə bilərsiniz.

“Azərbaycanda restoranlardan yeməklərin sifarişi xidmətinə tələb hələ də təklifi üstələyir, biz isə istifadəçilərimizə yüksək keyfiyyətli xidmət və sürətli çatdırılma təklif etməyə hazırıq. “Yango” tətbiqi artıq şəhər sakinlərinin gündəlik həyatını rahatlaşdırır. Onun vasitəsilə hava limanına taksi sifariş edə, həmkarlarınıza vacib sənədlər göndərə, indi isə həm də hazır yeməklərin restoranlardan sürətli və rahat çatdırılmasından yararlana bilərsiniz. Yeni xidmətin tərəfdaşları yeni müştərilər cəlb etmək, habelə tətbiqin marketinq alətləri vasitəsilə orta sifariş məbləğini və satışları artırmaqla 30%-dək daha artıq gəlir qazanmaq imkanı əldə edirlər”, - "Yango Azərbaycan"ın yeməklərin çatdırılması xidmətinin kommersiya direktoru Fərid Abdullayev bildirib.

Xidmətin istifadəyə verilməsi münasibətilə xüsusi təklif qüvvədədir: LEZZET promokodundan istifadə etməklə pulsuz çatdırılma və ilk sifarişə 6 AZN endirim. Sifarişiniz üçün ödənişi "Yango" hesabınıza əlavə edilmiş bank kartı vasitəsilə və ya nağd şəkildə edə bilərsiniz.

“Yango” gündəlik həyatı asanlaşdıran əsl şəhər supertətbiqidir. 2022-ci ildə Azərbaycan bazarına onlayn gediş sifarişi servisi kimi daxil olan “Yango” artıq ictimai nəqliyyatda səfərləri planlaşdırmağa, bağlamalar göndərməyə, məhsullar və restoranlardan hazır yeməklər sifariş etməyə imkan verir. Pulsuz “Yango” tətbiqini “App Store” və “Google Play”dən yükləyə bilərsiniz. Tətbiq iOSAndroid əməliyyat sistemlərində çalışır.

"Yango Azerbaijan" haqqında

Beynəlxalq texnologiyalar şirkəti "Yango Group"un tərkibinə daxil olan “Yango Azerbaijan” istifadəçilərə texnologiyalardan istifadə etməklə gündəlik həyatı asanlaşdırmağa imkan verir. “Yango Group” Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), Pakistan, Kolumbiya və s. kimi 20-dən çox ölkədə təmsil olunur. Azərbaycanda şirkət 2022-ci ildən etibarən taksi sifarişi və çatdırılma xidmətləri göstərir. 2024-cü ildə “Yango” supertətbiqinə ictimai nəqliyyatda səfərlərin planlaşdırılması xidməti, indi isə məhsullar və restoranlardan hazır yeməklər sifariş etmək xidmətləri əlavə olunub.

Paylaş

Xəbər lenti

Anar Quliyev: Azərbaycanın 7 şəhərinin baş planı təsdiqlənmə mərhələsindədir Bu gün, 18:48 WUF13 Azərbaycan haqqında dolğun məlumatların əldə olunmasına geniş imkanlar açır– RƏY Bu gün, 18:48 WUF13-də şəhərlərin gələcəyi müzakirə edildi Bu gün, 18:48 Azərbaycanın qonşu ölkələrlə quru sərhədləri açılacaq? - VACİB AÇIQLAMA Bu gün, 18:48 Kəmaləddin Heydərov Belarusun memarlıq və tikinti naziri ilə görüşüb Bu gün, 18:48 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin istedadları WUF13 "Urban Expo" sərgi məkanında konsert proqramı ilə çıxış edib Bu gün, 18:48 "Mango" brendinin qurucusunun oğlu atasının ölümündə şübhəli bilinir Bu gün, 17:48 Ağakərim Səmədzadə: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi ekoloji təhlükəyə çevrilib Bu gün, 17:48 Anar Quliyev: Azərbaycan "əvvəlkindən daha yaxşı inşa etmək" prinsipinin tərəfdarıdır Bu gün, 17:48 Anar Quliyev: Mənzilə tələbat təklifi üstələməyə davam edir Bu gün, 17:48 Rossbax: "Bakıya normadan 400 dəfə artıq yağış yağdı, mayda bunu kim gözləyərdi?" Bu gün, 17:48 Nikah və boşanma statistikasına dair yeni RƏQƏMLƏR Bu gün, 17:48 Azərbaycanda doğum sayı azalıb Bu gün, 17:48 Azərbaycanda 102 minə yaxın uşaq I sinfə qəbul olunub Bu gün, 17:48 KOBİA WUF13-ün "Urban Expo" sərgisində iştirak edir Bu gün, 17:48 Ekspert: "Mənzil təminatı HİV-lə bağlı ölüm riskini azalda bilər" Bu gün, 17:48 Qəbələ, Qax və Zaqatalanın bəzi ərazilərində qaz kəsiləcək Bu gün, 17:48 AİB su təchizatı ilə bağlı Xəzəryanı ölkələrə 3.5 milyard dollar ayırıb Bu gün, 17:48 ASA: İntensiv yağışların vurduğu zərərin məbləği 1 milyon manatı ötəcək Bu gün, 17:48 Sürücülərin NƏZƏRİNƏ: Görünüş MƏHDUDLAŞACAQ Bu gün, 17:48 Kreditinizi "Birbank"a gətirin, 6 %-dək endirim qazanın Bu gün, 16:48 Komitə rəsmisindən aliment ittihamı: "İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb" Bu gün, 16:48 Yango və JET tətbiq daxilində elektrikli skuter icarəsini İSTİFADƏYƏ VERDİ Bu gün, 16:48 Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib Bu gün, 16:48 Azərbaycanda avtomobil və taksi ilə səyahətlərin payı 30 %-ə endiriləcək Bu gün, 16:48 Eldar Əzizov: Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır Bu gün, 16:48 "Haber Global"ın WUF13-dən növbəti reportajı: Azərbaycanın inşaat təcrübəsindən danışıldı Bu gün, 16:48 Azərbaycanda əhalinin sayı 5814 nəfər artıb Bu gün, 16:48 Bakı meri: Dənizkənarı bulvarın uzunluğu 25 kilometrə çatdırılacaq Bu gün, 16:48 Prezidentin WUF13 mesajı: Şəhərsalma sadəcə memarlıq deyil, dövlətlərin strateji güc indikatorudur Bu gün, 16:48 Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 Azərbaycanda daha bir aqropark yaradılıb Bu gün, 16:48 "Mango" brendinin qurucusunun oğlu atasının ölümünə görə həbs edilib Bu gün, 16:48 Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb Bu gün, 15:48 2040-cı ilə qədər işğaldan azad olunmuş ərazilərdə şəhər əhalisinin 354 mini keçəcəyi gözlənilir Bu gün, 15:48 Dövlət Komitəsinin sədri: "Ərazilərimiz dünyada minalarla ən çox çirklənmiş bölgələr arasındadır" Bu gün, 15:48 İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib Bu gün, 15:48 Rəşad Nəbiyev: "Daha çox yol tikmək tıxac problemini həll etmir" Bu gün, 15:48 Laçının sənaye müəssisələri: Yaxın gələcək üçün hansı planlar nəzərdə tutulub? Bu gün, 15:48 Hikmət Hacıyev Anaklaudia Rossbaxa təşəkkür etdi Bu gün, 15:48 Rəşad Nəbiyev: "Yollarda cəmi 20 000 taksi var və sosial problemlər yoxdur" Bu gün, 15:48 Ceyhun Bayramov: Cənubi Qafqaz sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir Bu gün, 14:48 Hikmət Hacıyev: Azərbaycan WUF13 üçün ən uyğun məkanlardan biridir Bu gün, 14:48 Şuşa və Trabzon şəhərləri qardaşlaşıb Bu gün, 14:48 Hikmət Hacıyev: Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb Bu gün, 14:48 Bakı-Tbilisi qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək Bu gün, 14:48 Bakı habı Somali üçün 100 milyon dollarlıq tarixi qrantın cəlb edilməsinə kömək edib Bu gün, 14:48 Ceyhun Bayramov: "Trump yolu" regional bağlantını gücləndirəcək Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR