
“Nizami” kinoteatrında yaşıl keçidə həsr olunmuş sərgi keçirilib.
“Report” xəbər verir ki, sərgi Norveç, İsveç, Danimarka və Finlandiyanın səfirliklərinin dəstəyi ilə təşkil olunub.
Sərgidə karbonsuzlaşdırma, ekoloji məqamlar nəzərə alınmaqla şəhərlərin yenidən qurulması, şəhər məkanının və infrastrukturun bütün insanlar üçün əlçatanlığı vasitəsilə ölkələrin “yaşıllaşdırılması” nümunələri nümayiş etdirilib.
Sərgi həyata keçirilən “yaşıllaşdırma” tədbirlərinin əhəmiyyətini, eləcə də belə şəhərlərdə yaşamağın faydalarını nümayiş etdirmək məqsədi daşıyır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.