
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Misirin xarici işlər naziri Bədr Abdelatti ilə görüşüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
O, qeyd edib ki, görüşdə Azərbaycan və Misir arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq əlaqələri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin COP29, regionda münaqişədən sonrakı vəziyyət, eləcə də Azərbaycan - Ermənistan normallaşma prosesinə toxunulub.
In the framework of , pleased to meet Badr Abdelatty, Minister of Foreign Affairs of Egypt . Exchanged views on cooperation relations between Azerbaijan and Egypt in both bilateral and multilateral formats.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun)
Touched upon , post-conflict situation, as well…
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.