
Rusiyanın Kamçatka diyarının sahilində 4,6 maqnitudalı zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının saytında bildirilib.
Xidmətin verilənlərinə görə, zəlzələnin ocağı Petropavlovsk-Kamçatski şəhərindən 116 km aralıda, 5 km dərinlikdə yerləşib.
Zəlzələ 1-2 bal arası hiss edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.