
Almaniyanın "Herta" klubunun futbolçusu Jan Pol-Boetyus karyerasını dayandırıb.
"AVESTA.AZ" Berlin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna 28 yaşlı yarımmüdafiəçidə onkoloji xəstəliyin aşkarlanması səbəb olub.
Qeyd edək ki, Jan Pol-Boetyus cari ilin yayında azad agent kimi "Herta"ya keçib. Niderlandlı oyunçu daha əvvəl "Maynts"da çıxış edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.