
Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var.
"AVESTA.AZ"un Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Namibiya Milli Olimpiya Komitəsinin prezidenti Abner Axel Xoaqub "Mingəçevir reqatası-2024”ün rəsmi açılış mərasimində deyib.
Funksioner bildirib ki, bu turnirdə olmaq onun üçün şərəfdir:
"İnanmazdım ki, nə vaxtsa bu cür yarışı izləyəcəyəm. Azərbaycana gəldiyim üçün xoşbəxtəm. 100-ə yaxın ölkədə olmuşam. Amma burada ölkə ilə Milli Olimpiya Komitəsi arasında sıx əlaqəni heç yerdə görməmişəm. Bu səbəbdən hər iki tərəfə təşəkkür düşür".
O, təşkilatçılıqdan çox razı qaldığını diqqətə çatdırıb: "Hər şey möhtəşəmdir".
Qeyd edək ki, turnir oktyabrın 18-də başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.