
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə oktyabrın 26-da kəmər dərəcələri üzrə rəsmi imtahanlar təşkil ediləcək.
ACF-dən "AVESTA.AZ"a verilən məlumata görə, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olanlar üçün açıqdır.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.