
Zaporojye Atom Elektrik Stansiyasının təlim korpusunda baş verən yanğın lokallaşdırılıb.
Avesta xəbər verir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
“Saat 05:55-də Enerqodar şəhərindəki Zaporojjya AES-in təlim binasında 2 min kvadrat metr sahədə yanğın lokallaşdırılıb. İlkin məlumta görə, zərərçəkən və xəsarət alan olmayıb”, - məlumatda deyilir.
Qeyd edək ki, yanğın Rusiya hərbçilərinin açdığı atəş nəticəsində başlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.