
Türkiyədə ağır yol qəzası olub.
“AVESTA.AZ” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Aksaray-Ankara avtomobil yolunda qeydə alınıb.
Belə ki, sərnişin avtobusunun aşması nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.