18-10-2024, 10:34 524

Çin, Bolqarıstan və Macarıstanın  bəzi ərazilərindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub

Çin, Bolqarıstan və Macarıstanın bəzi ərazilərindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən Bolqarıstanın Stara Zaqora vilayətində xırdabuynuzlu heyvanların çiçək, Çinin Daxili Monqolustan muxtar regionunda dabaq, Macarıstanın Feyer bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alındığına görə, həmin ərazilərdən Azərbaycana heyvan məhsullarının gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Qeyd olunub ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Stara Zaqora vilayətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına, Daxili Monqolustan muxtar regionunda xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Feyer bölgəsində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib Azərbaycana daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Paylaş

Xəbər lenti

Elvin Cəfərquliyev sakitliyi pozdu: "Mən yaxşıyam" Bu gün, 22:48 16 yaşlı oğlanın pensiyası niyə kəsilib? Bu gün, 22:48 "Ermənistan cavabdeh tərəf olmalıdır" - Qarabağda mina təhlükəsi davam edir Bu gün, 22:48 Rixard Raşi Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 22:48 Rəhim Həsənov 31-ci turun epizodlarını şərh etdi Bu gün, 21:48 Bakıda avtobusula minik avtomobili toqquşdu Bu gün, 21:48 Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT Bu gün, 21:48 Xanhüseyn Hüseynov kövrəldi - "Qədrimi bilməmişəm" Bu gün, 21:48 "Haber Global": İlham Əliyev və Məhəmməd Şahbaz Şərif ikitərəfli münasibətləri müzakirə ediblər Bu gün, 21:48 Qarabağın gələcəyinə töhfə verən təhsil ocağı: "Buraya gəldiyim üçün çox sevinirəm" Bu gün, 20:48 Tarixi həqiqətləri danan Solovyov Azərbaycana niyə qara yaxmaqla məşğuldur? Bu gün, 20:48 Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşılıb Bu gün, 20:48 "Euronews": Azərbaycan WUF13-ə genişmiqyaslı hazırlığı başa çatdırır Bu gün, 20:48 Yeni yayılan Hantavirusla bağlı BİLMƏDİKLƏRİNİZ - Nədir, necə yayılır və kimlər təhlükədədir? Bu gün, 20:48 Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti "Qanlı dərə"də tapılıb Bu gün, 20:48 Qəbələnin bəzi əraziləri qazsız qalacaq Bu gün, 19:48 Tiktoker "Eliş"ə hökm oxundu Bu gün, 19:48 Prezident İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı olub Bu gün, 19:48 Sabahdan bu marşrutun avtobusları yenilənir Bu gün, 19:48 Fergus Auldun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb Bu gün, 19:48 31 yaşlı qadın kafedə qətlə yetirildi - Əri saxlanıldı Bu gün, 19:48 Rossbax WUF13-ə hazırlığa göstərdiyi xüsusi diqqətə görə İlham Əliyevə minnətdarlığını bildirib Bu gün, 18:48 Qızla tanış olmaq üçün görüşə gedib TALANDI - Saxlanılanlar var Bu gün, 18:48 70 ton yanacaq mənimsəyən sabiq vəzifəli şəxslə maşinist azadlığa buraxıldılar Bu gün, 18:48 Verilişə 6 milyon dollarlıq saat taxıb gəldi Bu gün, 18:48 Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib Bu gün, 18:48 Xəstə təfəkkürün efirdə təcəssümü - Solovyovun iyrənc qəzəbli obrazı... Bu gün, 18:48 Bakı sakinlərinə XƏBƏRDARLIQ: Sabah bu yollardan istifadə etməyin Bu gün, 18:48 Rüfət Axundov: "Kimsə mənə səhv edəndə xoşbəxt oluram" Bu gün, 18:48 Taylanda səyahət etmək istəyənlərin NƏZƏRİNƏ - Viza ilə bağlı dəyişiklik edilir Bu gün, 17:48 Cəbrayılda siqaret istehsal ediləcək Bu gün, 17:48 Azərbaycana xəstə heyvanların gətirilməsinin qarşısı alındı Bu gün, 17:48 Serenay Sarıkaya bu adaya köçür Bu gün, 17:48 Bakıda "InVision Design Talks BAKU 2026" keçirilib Bu gün, 17:48 Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb Bu gün, 17:48 Deputat "TikTok"a nəzarətin gücləndirilməsini təklif edib Bu gün, 17:48 Kibercinayətkarlıqda ittiham olunan şəxslərə hökm oxunub Bu gün, 17:48 Ermənistanda revanşistlər yenidən hakimiyyətə gəlsə, Azərbaycan necə davranacaq? Bu gün, 17:48 Futbolçuda xərçəng aşkarlandı - Həkim xəstəliyi "Xəyanətkar" adlandırdı Bu gün, 17:48 Elektron siqaretlərlə bağlı QƏRAR İMZALANDI Bu gün, 17:48 SOCAR Daşkənddə keçirilən OGU2026 sərgi-konfransında pavilyonu ilə iştirak edir Bu gün, 16:48 WUF13-ün "Media mərkəzi"ndə eyni vaxtda 400 media nümayəndəsi işləyə bilər Bu gün, 16:48 Pentaqon Ay şəkillərindəki UNO-ların "real obyekt" olduğunu açıqladı Bu gün, 16:48 Nazirlikdən hantavirusla bağlı AÇIQLAMA Bu gün, 16:48 Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır Bu gün, 16:48 Joze Mourinyo yenidən "Real Madrid"in baş məşqçisi oldu - Rəsmi açıqlama olacaq Bu gün, 16:48 Fransız futbolçu eskort qızlar üçün furqon almaqda ittiham olundu Bu gün, 16:48 Bakıda Prezident İlham Əliyevin sülh strategiyasına həsr olunan dəyirmi masa keçirilib Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR