23-09-2022, 15:50 528

Paşinyan BMT-dəki çıxışı ilə özünü ifşa etdi - sülh istəyən lider belə danışmaz - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-də BMT Baş Assambleyasının 77-ci sessiyasında növbəti dəfə gülünc bəyənatlar səsləndirib. O, 21 dəqiqəlik çıxışında Ermənistanın regional siyasi kursunun əslində nə qədər məkrli olduğunu ortaya qoyub. Paşinyan çıxışı zamanı sentyabrın 12-də dövlət sərhədində başlayan və bir neçə gün sürən gərginlikdə Azərbaycanı ittiham edib. O, bizim əsgərlərin mülki əhaliyə atəş açdığını iddia edib.

Əlbəttə, həmin fikirlər boş iddiadan başqa bir şey deyil. Birincisi, gərginliyin səbəbi məhz Ermənistanın sentyabrın əvvəlindən etibarən təkrarlanan təxribatı idi. İkincisi, biz adekvat cavab tədbiri görəcəyimiz barədə dəfələrlə qarşı tərəfə xəbərdarlıq etmişdik. Üçüncüsü və ən vacibi, Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərin sayı-hesabı yoxdur. Xocalı faciəsi bütün dünyaya məlumdur. Tarix göstərdi ki, ermənilər öz xislətlərinə sadiqdirlər. 2020-ci ildə, İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlardan çox uzaq məsafədə yerləşən Gəncə, Bərdə, Tərtər kimi şəhərlərimiz raket hücumlarına məruz qalmışdı. Onlarca mülki şəxs ölmüş və ya yaralanmışdı. İnsanlarımıza həm mənəvi, həm də maddi ziyan dəymişdi. Bu hərbi cinayətlər, demək olar, müharibə boyu, yəni 44 gün ərzində, özü də bütün dünyanın gözü qarşısında davam etmişdi. Elə isə indi Paşinyanın bu cür sərsəm açıqlama verməyə haqqı varmı? Əlbəttə, yox. Onun bizi ittiham etməsi üçün nə mənəvi, nə də hüquqi əsas var.

İkincisi, Paşinyan deyib ki, Azərbaycanın Ermənistanın 29,8 min kv.km.-lik ərazi bütövlüyünü tanımalıdır. Biz ən yüksək səviyyədə, dəfələrlə bəyan etmişik ki, kimsənin torpağında gözümüz yoxdur. Özgə torpağına göz dikən, qonşularından ərazi oğurlamağa çalışan məhz Ermənistandır. Bunu tarix də sübut edir. İrəvan zaman-zaman nəinki rəsmi Bakıya, digər qonşularına qarşı da ərazi iddiaları irəli sürüb. Hətta Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı maddə var. Bu, göstərir ki, torpaq oğrusu Ermənistandır. Bu dövlətin necə və nə məqsədlə, hansı qüvvələrin dəstəyi ilə yarandığını tarixçilər, siyasətçilər yaxşı bilirlər. İkinci bir tərəfdən, maraqlıdır, Ermənistan ərazilərinin tanınmadığını derən Paşinyan Azərbaycanın 86.6 min kv. km.-lik ərazi bütövlüyünü tanıyırmı? Görünən odur ki, yox. Əgər tanısa idi, bunu çoxdan deyər, iddialarından, təxribatlarından əl çəkərdi. Təkrarlanan provokasiyalar, ara verməyən sabotajlar, Ermənistan iqtidarının, sərhədlərin delimitasiya və demarkasiyasından, sülh müqaviləsindən yayınması göstərir ki, İrəvan bizim ərazi bütövlüyümüzü tanımır. Deməli, bu bəyanat məntiqsiz və əsassızdır.

Nikol Paşinyan
Nikol Paşinyan

Üçüncüsü, Paşinyan çıxışı zamanı dəfələrlə 10 noyabr tarixli üçtərəfli bəyanata istinad edib. Əslində bizim istədiyimiz də həmin razılaşmaların tələblərinin yerinə yetirilməsidir. Lakin məsələ ondan ibarətdir ki, hökumət başçısı səsləndirdiyi fikirlərlə sadəcə manipulyasiya etməyə çalışır. Əgər belə olmasa idi, bəyanatın müddəaları çoxdan yerinə yetirirlər, regionda sabitlik təmin olunardı. Xüsusilə nəzərə almaq lazımdır ki, bəyanatın 4-cü maddəsinə erməni terrorçuları Qarabağdan çıxmalı idi. Bu prosesin rus sülhməramlılarının bölgəyə girişi ilə paralel həyata keçirilməsi nəzərdə tutulmuşdu. Amma terrorçular hələ də Qarabağdadır. Deməli, Ermənistan iki ildir öhdəliklərinə əməl etmir, üçtərəfli bəyanatın tələblərini pozur. Beləliklə, həm də regionda sabitliyin formalaşmasına imkam vermir, əksinə, sabotajlara şərait yaradır. Belə olan halda Paşinyanın səmimiliyinə inanmaq olarmı? Əlbəttə, yox.

Əlbəttə, münasibətlərin normallaşmasını istəyən, konstruktiv regional siyasətdə maraqlı olan lider, əvvəlcə öz öhdəlikləri barədə danışmalı, sülh istiqamətində gördüyü işləri sadalamalı idi. Paşinyanın çıxışı isə başdan- ayağa ittiham üzərində qurulmuşdu. Bu, bir daha onun qeyri-səmimi olduğunu göstərir.

Paylaş

Xəbər lenti

Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Bu gün, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Bu gün, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Bu gün, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Bu gün, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Bu gün, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR