
Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında qol hesabını açıb.
"AVESTA.AZ"un məlumatına görə, qarşılaşma II Bundesliqanın IX turuna təsadüf edib.
Səfərdə "Qroyter Fyurt" kollektivinin qonağı olan "Nürnberq"in heyətində ilk qolu 13-cü dəqiqədə Mahir Emreli vurub.
Hazırda davam edən qarşılaşmada qonaqlar 3:0 hesabı ilə öndədirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.