4-03-2022, 13:34 975

Novruz bazarlığı -

Satıcılar ötən ilə nisbətən alıcı sarıdan korluq çəkmirlər; bazarlarda qiymətlər necədir?

Novruz bayramına hələ iki həftə var. Amma insanlar bayram üçün tədarükünü indidən edir. Paytaxt sakinləri bildirirlər ki, bayram günü qiymətlər yüksək olur, ona görə indidən bazarlara, yarmarkalara axın edirlər. “Yeni Müsavat”ın əməkdaşı paytaxtdakı bir neçə bayram yarmarkasında olub, qiymətlərlə maraqlanıb, alıcıların fikirlərini öyrənib. Yolumuzu ilk olaraq metronun “Qara Qarayev” stansiyasından saldıq, yaxınlıqda açılan bayram yarmarkasına daxil olduq. Çadıra yaxınlaşar-yaxınlaşmaz insanların qiymətlərin yüksək olması ilə bağlı narazılığını eşitdik. Paytaxt sakini yarmarkalarla müqayisədə bazarlarda qiymətlərin daha aşağı olduğunu bildirdi: “Əvvəlki illərdəki kimi ala bilməsək də, hərəsindən bir az alıb, bayram süfrəsi quracağıq. Qiymətlər ötən illə müqayisədə çox qalxmasa da, cibimizdə olan pul bütün nemətlərdən almağa imkan vermir. Məsələn, püstənin qiyməti çox yüksəkdir, bir neçə ləbləbi alsam da, püstə ala bilmədim. Səməni də çox bahadır. 30 manata səməni olar?!”

Bayram süfrəsi üçün lazım olan ərzaqların qiyməti isə fərqli idi. Misal üçün, Şəki qozunun bir kiloqramı 5 manat,  Qəbələ qozu 6 manat , Çili qozu isə 13 manat təşkil edir. Xaçmaz fındığı 6 manat 50 qəpiyə, Qazax fındığı 8 manat 50 qəpik, Zaqatala fındığı isə 7 manatadır. Şabalıd da müxtəlif qiymətə satılır. Zaqatala şabalıdı 11 manat, Qəbələ şabalıdı 10 manatadır. Qurudulmuş Balakən xurması isə 5 manatadır. Qoz ləpələrini də fərqli qiymətə satışa çıxarılıb. Məsələn, Zaqatala qozu 15 manat, Qəbələ 17, Şəki qozu 18 manat, Ordubad qozu isə 23 manatadır.

Badam ləpəsi hər il olduğu kimi, bu il də bahadır. Saray badamı 17 manat, Braziliyadan gətirilən badam isə 22 manat təşkil edir. Püstənin də bir kiloqramının qiyməti bahadır-23 manata.

Bizimlə söhbətdə satıcı qeyd etdi ki, ötən illə müqayisədə bu il malların qiymətində artım var: “Misal üçün, keçən il ərik qurusunu 12 manata almışdıq, bu il isə 14 manata aldıq. Ona görə qiyməti bir az baha satmağa məcburuq. Bu il bayram ərəfəsində alıcı qüvvəsi də elə çox deyil”.

Satıcı ilə söhbətdən ayrılıb yarmarkada digər məhsulların qiymətləri ilə  maraqlanmağa davam edirik. Təmizlənmiş araxis 6 manat 50 qəpiyədir. Təmizlənməmiş araxis isə 7 manat 50 qəpiyədir. Təmizlənmiş fındıq ləpəsi 16 manat, təmizlənməmiş isə 15 manatadır.

Novruz ənənələrinə görə süfrəyə yeddi çeşiddə quru meyvə qoyulmalıdır. Odur ki, quru meyvələri də müxtəlif qiymətdə satışda görmək olar. Məsələn, Göyçay innabı 3 manat 50 qəpiyə, iydə 7 manat, Özbəkistan (iri) innabı 10 manata satılır. Ərik qurusu isə 16-17 manat arası dəyişir. Tumlu xurma da 6 manatdır. Ağ kişmiş 7 manat, qara kişmiş 11 manatdır.

Satıcı bizimlə söhbətdə  qiymətlərin mağazalarda fərqli olması məsələsinə də münasibət bildirdi: “Başqa mağazalarla müqayisə edəndə qiymətlər fərqli ola bilər. Çünki ayrı-ayrı yerlərdən alırıq, malın keyfiyyəti fərqli ola bilər”.

Alıcılar tərəfindən narazılıq doğuran  məsələ səmənilərin qiyməti ilə bağlıdır. Düzdür, kiçik ölçülü səmənilərin qiyməti əlçatandır. 1-3 manata səməni almaq olar. Amma böyük səmənilərin qiyməti yüksəkdir - 30 manata.

Buradan ayrılıb müşahidələrimizi metronun “Neftçilər” stansiyası yaxınlığındakı yarmarkada davam etdiririk. Satıcı ilə söhbətdə öyrənirik ki, şəhərdə ən ucuz qiymətlər buradadır. Görəsən, deyildiyi kimidirmi? Baxırıq, burada təmizlənməmiş fındıq ləpəsi 12 manat, təmizlənmiş 15 manatadır. Bu yarmarkada da badam ləpəsi müxtəlif qiymətə satılır. Misir badamı 19 manata, Novxanı badamı isə 20 manatadır. Qovrulmuş araxis 7 manat,  qovrulmamış araxis isə 6 manatadır.

Ağ kişmişin qiyməti isə 8-10 manat arası dəyişir. Qara kişmiş 8-12 manat arası dəyişir. İydənin bir kiloqramı 6 manatdır. Kiçik ölçülü innab 4 manat, böyüyü isə 6 manatdır. Fıstıq 25 manatdır. Ərik qurusu 13 manatdır. Qarışıq çərəz isə 12 manatadır. Qoz ləpəsini də müxtəlif qiymətlərdə əldə etmək olar. Qoz ləpəsinin ölçüsündən, keyfiyyətindən asılı olaraq qiyməti 13 manatdan başlayır, 17 manatadək dəyişir. Səməninin qiyməti burada daha ucuzdur- 1-3 manata.  Şabalıd isə 9 manatadır.

Bizimlə söhbətdə satıcı qeyd etdi ki, ötən ilə nisbətdə bu il alıcı sarıdan korluq çəkmirlər: “Keçənilkinə baxanda alıcı sayı artıb. Bu il qiymətlər də münasibdir. Keçən il qiymətlər baha idi, bu il qiymətlər nisbətən aşağı düşüb. Malları münasib qiymətə alıb gətirib satırıq”.

Satıcılarla söhbətdə bir məqam diqqətimizi çəkdi. Nəzərə alsaq ki, satıcılar malları eyni yerdən - “Meyvəli” adlanan topdansatış yerindən alırlar. Amma yarmarkalarda satıcılar bir-birinə əks olan fikirlər səsləndirdi, biri bu il malların ucuz, digəri isə baha gətirildiyini dedi...   

Qeyd edək ki, hər il paytaxtın müxtəlif yerlərində bayram yarmarkaları təşkil edilir. Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən verilən məlumata, yarmarkaların təşkil edilməsində məqsəd bayramqabağı paytaxtda qiymət artımının qarşısını almaq və küçə ticarətini həmin yarmarkalara cəlb etməkdir. Fevralın 27-dən etibarən bayram yarmarkaları üçün çadırlar quraşdırılıb. Novruz yarmarkaları martın 25-dək davam edəcək.

 

 

 

 

Paylaş

Xəbər lenti

8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx Bu gün, 12:48 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib Bu gün, 12:48 Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı Bu gün, 12:48 Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub Bu gün, 12:48 İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Bu gün, 12:48 Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48 Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48 Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək Bu gün, 09:48 Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır Bu gün, 09:48 Qazaxda gənclərin davası qanla bitdi Bu gün, 09:48 "Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48 Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi Bu gün, 00:48 "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi Bu gün, 00:48 Bərdənin raket atəşinə tutulmasından 6 il ötür Bu gün, 00:48 Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol Bu gün, 00:48 Ağdaşın bir sıra ərazilərində qaz kəsilib Dünən, 23:48 "Euronews": Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu dünyaya münaqişələrdən kənar baxmağa imkan yaradıb Dünən, 23:48 SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb Dünən, 23:48 Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!" Dünən, 23:48 Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu Dünən, 23:48 "Neftçi" "Kəpəz"ə qalib gəlib Dünən, 23:48 Bahar Candan bu səbəbdən tədbirə buraxılmadı Dünən, 22:48 Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım" Dünən, 22:48 Ət niyə bahalaşır? Dünən, 22:48 Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib Dünən, 22:48 Baku TV "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb Dünən, 21:48 "Haber Global": İlham Əliyevdən Qarabağa anlamlı ziyarət Dünən, 21:48 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq" Dünən, 21:48 Benzinlə işləyən avtomobillər tarixə qovuşacaq? - AQC sədrindən açıqlama Dünən, 21:48 Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 21:48 Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Dünən, 21:48 Qanlı Yanvarın həkim şahidi vəfat etdi Dünən, 21:48 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir Dünən, 20:48 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Dünən, 20:48 Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər Dünən, 20:48 İkinci əl maşın bazarında ucuzlaşma olacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR