24-10-2024, 09:36 934

Nazirlər Kabineti Prezident İlham Əliyevin “Dövlət Kontrakt Korporasiyası - “Azərkontrakt” ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” 17 oktyabr 2024-cü il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib.

"AVESTA.AZ" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR) və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının prezident sərəncamına uyğunlaşdırılması ilə bağlı təkliflərini 5 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi isə Ədliyyə Nazirliyi, SOCAR və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, “Azərkontrakt”ın digər səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməli, Maliyyə Nazirliyi və SOCAR-la birlikdə “Azərkontrakt”ın daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması müqavilələri üzrə hüquq və öhdəliklərinin, eləcə də bu sahədə fəaliyyətdən əldə edilmiş aktivlərinin, o cümlədən pul vəsaitlərinin SOCAR-a və onun strukturuna daxil olan qurumlara ötürülməsinin 2024-cü il dekabrın 1-nə qədər təmin edilməsi üçün zəruri tədbirlər görməli, bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Energetika Nazirliyi “Azərkontrakt”ın mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi prosesinin aparılması məqsədilə 15 müddətində İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, SOCAR-ın və “Azərkontrakt”ın nümayəndələrindən ibarət tərkibdə Ləğvetmə Komissiyası yaratmalıdır.

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, SOCAR və “Azərkontrakt” komissiyada təmsil olunacaq nümayəndələri barədə təkliflərini 3 gün müddətində Energetika Nazirliyinə təqdim etməlidirlər.

Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə 6 ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik, eləcə də Sənaye və energetika şöbəsinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Paylaş

Xəbər lenti

Boris Conson və Aİ rəsmiləri Ukraynada dron hücumunun hədəfinə yaxın olublar Bu gün, 19:48 "Turan Tovuz" və "Araz-Naxçıvan"dan 4 qolluq heç-heçə Bu gün, 19:48 ### Çoxuşaqlı ailə meyarı dəyişdirilə bilər: 3 uşaqlı ailələrə də güzəşt təklifi Bu gün, 19:48 Azərbaycanda 3 600 il əvvələ aid döyüşçü məzarında nadir diorit toppuz başlığı və silahlar aşkarlanıb Bu gün, 19:48 Vergi xidmətinin əməkdaşı vəfat etdi Bu gün, 18:48 Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır Bu gün, 18:48 Bu küçədə təmir işləri həyata keçiriləcək Bu gün, 18:48 Türkiyədə Cənubi Amerikadan gələn gəmidə 350 kq kokain aşkarlandı Bu gün, 18:48 Türkiyənin tanınmış tekstil şirkəti 73 ildən sonra fəaliyyətini dayandırdı Bu gün, 17:48 Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq? Bu gün, 17:48 Konqoda Ebola epidemiyasına görə 7 mindən çox yoluxma qeydə alınıb Bu gün, 17:48 Kanada Aİ-yə assosiativ üzv olmaq istəyir Bu gün, 17:48 Ərdoğan Suriyaya səfər edəcək? – Hakan Fidan açıqladı Bu gün, 17:48 Polis sosial şəbəkədə porno video yaymaqda şübhəli bilinən şəxsləri saxlayıb Bu gün, 16:48 Litvada ilk dəfə ölkə üzrə hava hücumundan xəbərdarlıq siqnalları işə düşüb Bu gün, 16:48 İran və Ermənistan sərhəddə "yaşıl" gömrük dəhlizi yaradırlar Bu gün, 16:48 Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb Bu gün, 16:48 Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var Bu gün, 16:48 Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA Bu gün, 15:48 Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq Bu gün, 15:48 İlqarə necə arıqladığını açıqladı Bu gün, 14:48 Məşhur aktyor alkoqol asılılığından necə xilas olduğunu açıqladı Bu gün, 14:48 Venesiya Film Festivalının qalibləri bəlli oldu - SİYAHI Bu gün, 13:48 Konqoda Ebola epidemiyası: Yoluxanların sayı 7 mini keçdi Bu gün, 13:48 "Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürür Bu gün, 13:48 Bu gün Səbuhi Əhmədovun şəhadətindən dörd il keçir Bu gün, 13:48 Husilər Səudiyyə Ərəbistanındakı hərbi bazaya hücum etdiklərini açıqladı Bu gün, 13:48 İndoneziyada gəmidə 1 nəfər öldü, 103 sərnişin xilas edildi Bu gün, 12:48 Ukraynadan Tatarıstana PUA hücumu: 2 ölü, 12 yaralı Bu gün, 12:48 Gəncədə 40 minə yaxın sakin qazsız qaldı Bu gün, 12:48 Bu gün SOCAR-ın yaranma günüdür Bu gün, 12:48 "Yeraltı" serialının ikinci mövsümü bu tarixdə yayımlanacaq Bu gün, 11:48 İsmayıllıda avtomobil aşaraq yanıb, sürücünün həyat yoldaşı ölüb Bu gün, 11:48 Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir? Bu gün, 11:48 Əməkdar artist: "Axır ki, 34 il sonra görüşdük" Bu gün, 11:48 Kanada Aİ-yə assosiativ üzvlük təklif edib Bu gün, 11:48 Qanlı göldə ekoloji təhlükə: Onlarla ölü balıq sahilə çıxır Bu gün, 10:48 Premyer Liqa: "Zirə" bu gün "Qarabağ"ı qəbul edəcək Bu gün, 10:48 İndoneziyada 243 nəfərin olduğu gəmi batıb Bu gün, 10:48 Kuşner: Putinin ərazi tələbləri Ukrayna ilə razılaşmaya mane olur Bu gün, 10:48 Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə! Bu gün, 10:48 Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb Bu gün, 09:48 İsmayıllıda AĞIR QƏZA: "Mercedes" aşaraq yandı, qadın sərnişin öldü Bu gün, 09:48 Qara dənizdə dron hücumunda yaralanan azərbaycanlının ailəsi danışdı Bu gün, 09:48 İranın mülki gəmisinə zərbə endirilib, ölən və yaralılar var Bu gün, 09:48 İranın Qeşm adası sahillərində partlayış səsləri eşidilib Bu gün, 00:48 Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi Bu gün, 00:48 Gürcüstanın keçmiş müdafiə naziri həbs edilib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR