24-10-2024, 12:03 572

“ADY Ekspress” yenidən təşkil olunur

Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, onların rəqabət qabiliyyətinin və cəlbediciliyinin artırılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən sistemli və ardıcıl inkişaf tədbirləri və islahatlar həyata keçirilir.

“AVESTA.AZ” ADY-yə istinadən xəbər verir ki, ölkəmiz üçün ən əhəmiyyətli beynəlxalq nəqliyyat marşrutlarından biri olan, Şərq-Qərb və əks istiqamətdə tranzit yüklərin daşınmasının həyata keçirildiyi “Orta Dəhliz”in inkişaf etdirilməsi məqsədilə beynəlxalq tərəfdaşlarla birlikdə son illərdə “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində koordinasiyalı birgə fəaliyyət təşkil edilir və koordinasiyanın əhatə dairəsinin genişləndirilməsi məqsədilə bu ildən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsis edilməsi üzrə işlərə başlanılıb.

Dəhlizlər vasitəsilə tranzit daşımalarının səmərəliliyinin artırılması üçün konteyner daşımalarının önəminin getdikcə artmasını nəzərə alaraq, eləcə də bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə, xüsusilə də qonşu Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstanda tranzit daşımaların səmərəli idarə edilməsi üzrə mövcud olan təcrübələrə əsaslanaraq ADY-də də konteynerləşmə və ümumilikdə tranzit daşımaları sahəsində idarəetmənin təkmilləşdirilməsinə zərurət yaranıb. Bu baxımdan dəhlizlər üzrə güclü ekspedisiya xidməti göstərən və dəhlizlərin inkişafına töhfə verəcək şirkətlərin mövcudluğu vacibdir.

Bu istiqamətdə həyata keçirilən islahatlar çərçivəsində 1 noyabr 2024-cü ildən etibarən “ADY Konteyner” MMC-nin “ADY Ekspress” MMC-yə qoşulması yolu ilə “ADY Ekspress” MMC yenidən təşkil ediləcək. ADY Müşahidə Şurasının qərarı əsasında, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılığı ilə qanunvericiliyə və hüquqi prosedurlara tam uyğun şəkildə icra edilən yenidən təşkil prosesi nəticəsində “ADY Ekspress” bütün funksiyaları öz üzərinə götürəcək və müştərilərə həm konteyner, həm də vaqonlarla daşımalar üzrə daha geniş əhatəli və səmərəli xidmətlər təqdim edəcək.

Yenidən təşkil olunan “ADY Ekspress” tam dövriyyəli logistika əməliyyatları, həmçinin multimodal daşımalar təklif etməklə müştərilərin həm vaxtına, həm də maliyyə xərclərinə qənaət etməsinə imkan yaradacaq. Şirkət, eyni zamanda, rəqəmsal texnologiyalarla logistika proseslərinin idarə olunmasını optimallaşdıraraq dəhliz boyu yükdaşımaların şəffaflığını və təhlükəsizliyini təmin edəcək. Bu məqsədlə yeni texnologiyaların tətbiqi ilə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində rəqabət qabiliyyətli bir rəqəmsal platformanın yaradılması nəzərdə tutulub.

Qeyd edilən islahatlar Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, onların rəqabət qabiliyyətinin və cəlbediciliyinin artırılması ilə bərabər ölkə daxilində də yük daşımaları sahəsində xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin ümumi səviyyəsinin yüksəldilməsinə töhfə verəcək.

ADY ölkənin tranzit imkanlarının genişləndirilməsi ilə yanaşı, dəmiryol daşımaları sahəsində ümumi bazar mühitinin daha sağlam və dayanıqlı inkişaf edirilməsi, o cümlədən şəffaf və ədalətli bazar rəqabətinin təmin olunması, bütün bazar iştirakçıları üçün bərabər şərtlərin yaradılaraq agent ekspeditorların fəaliyyətinin dəstəklənməsi istiqamətində bundan sonra da islahatlarını davam etdirəcək.

Paylaş

Xəbər lenti

Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR