
Qarşılaşmanın əvvəlini çıxmaq şərti ilə onu deyə bilərəm ki, mövsüm ərzində ən zəif oyunumuzu göstərdik.
"AVESTA.AZ" xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Kəpəz"ə qarşı Misli Premyer Liqasının XI turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis oyundan razı qalmadığını bildirib:
"Qarşılaşmanın əvvəlini çıxmaq şərti ilə onu deyə bilərəm ki, mövsüm ərzində ən zəif oyunumuzu göstərdik. Allaha şükürlər olsun ki, qələbə qazana bildik. Futbolçulara da bildirdim ki, bu oyundan nəticə çıxarmalıyıq. Çünki belə oynamağa davam etmək olmaz".
Qeyd edək ki, ölkə çempionatının XI turunda "Turan Tovuz" doğma meydanda "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.