29-10-2024, 21:30 566

Gürcüstan və Macarıstan ticarət əlaqələrini artırmaq niyyətindədir

Gürcüstan və Macarıstan ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəal çalışacaq.

“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili macarıstanlı həmkarı Marton Naqi ilə görüşdən sonra bildirib.

Məlumata görə, Gürcüstan və Macarıstan arasında ticari-iqtisadi əlaqələr, onların gələcək inkişaf perspektivləri və bu istiqamətdə görüləcək işlər iki ölkənin iqtisadiyyat nazirlərinin görüşünün əsas mövzusu olub.

“Gürcüstan və Macarıstan arasında bir çox sahələrdə ticari-iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi üçün ciddi potensial var. Biz bu istiqamətdə, o cümlədən hökumətlərarası komissiya çərçivəsində fəal işləyəcəyik”, - Davitaşvili deyib.

Qeyd olunur ki, komissiyanın növbəti iclası Tbilisidə keçiriləcək və iclas çərçivəsində ticarət və investisiya, turizm, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və energetika, nəqliyyat, rabitə və innovasiya, təhsil və elm, mədəniyyət, Gürcüstan və Aİ əlaqələri və s. sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.

“Qeyd etmək istərdim ki, iqtisadi əlaqələrimiz artır, o cümlədən bu ilin ilk doqquz ayının məlumatlarına görə, ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 % artaraq 64 milyon ABŞ dolları təşkil edib”, - gürcü nazir söyləyib.

Bundan əlavə, Gürcüstan Baş nazirinin birinci müavini vurğulayıb ki, ölkələr arasında 2024-cü ildə imzalanmış investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş iki ölkənin investisiya potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.

Tərəflər həmçinin Qara dənizin dibi ilə kabel xətti çəkilməsi layihəsinin gedişatını müzakirə ediblər. Qeyd olunub ki, bu, həm də Avropanın enerji sisteminin təhlükəsizliyi baxımından böyük infrastruktur layihəsidir: o, Gürcüstan və Avropanın elektrik enerjisi sistemlərini birləşdirməlidir. Tərəflər razılaşıblar ki, onun həyata keçirilməsi istiqamətində mövcud sıx əməkdaşlıq davam etdiriləcək.

Xatırladaq ki, 2022-ci ilin dekabrında dörd ölkənin - Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan hökumətləri Gürcüstan və Azərbaycandan elektrik enerjisinin Avropaya ötürüləcəyi kabel xəttinin çəkilməsi haqqında saziş imzalayıblar. Layihə Avropa və Cənubi Qafqaz regionunda enerji təhlükəsizliyini gücləndirmək, bərpa olunan enerji sektorunu inkişaf etdirmək və tranzit imkanlarını artırmaq məqsədi daşıyır.

Avropa İttifaqı Qara dənizin dibi ilə keçəcək sualtı kabel layihəsinə 2,3 milyard avro ayırmaq niyyətindədir. Dünya Bankı isə Qara dənizin dibinin ətraflı tədqiqi üçün Gürcüstana əlavə 75 milyon ABŞ dolları ayıracağına söz verib.

Paylaş

Xəbər lenti

Azərbaycanda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı Bu gün, 16:48 Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb Bu gün, 16:48 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər Bu gün, 16:48 Ucarda "Sprinter" aşdı - Xəsarət alan var Bu gün, 16:48 "Zəfər kuboku" minifutbol turnirinin qalibləri müəyyənləşib Bu gün, 16:48 SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı Bu gün, 15:48 Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 15:48 Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ Bu gün, 15:48 Jurnalist Elnur Şükürov həbs edildi Bu gün, 15:48 FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 15:48 İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Bu gün, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Bu gün, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Bu gün, 14:48 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub Bu gün, 14:48 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 14:48 Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb Bu gün, 14:48 Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır Bu gün, 14:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub Bu gün, 14:48 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 13:48 Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib Bu gün, 13:48 Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy Bu gün, 13:48 Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb Bu gün, 13:48 Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT Bu gün, 13:48 Bayram günlərində metro fərqli işləyəcək Bu gün, 13:48 Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 13:48 8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx Bu gün, 12:48 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib Bu gün, 12:48 Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı Bu gün, 12:48 Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub Bu gün, 12:48 İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Bu gün, 12:48 Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48 Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48 Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək Bu gün, 09:48 Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır Bu gün, 09:48 Qazaxda gənclərin davası qanla bitdi Bu gün, 09:48 "Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR