
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyada yeni əməliyyat keçirib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, İraqın şimalındakı "Pəncə-Kilit" bölgəsində keçirilən əməliyyat nəticəsində PKK terror təşkilatının səkkiz üzvü öldürülüb.
Həmçinin Suriyanın şimalındakı "Fırat Qalxanı" bölgəsində isə PKK/YPG-nin bir terrorçusu öldürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.