7-11-2024, 11:53 650

Deputat: Azərbaycan Cənubi Qafqazın tarixində hərbi-siyasi zəfəri olan yeganə dövlətdir

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə nəinki Azərbaycanın müasir tarixində, bütövlükdə ölkənin çoxəsrlik tarixinin ən parlaq səhifələrindən birini təşkil edir.

“AVESTA.AZ” xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin I müavini Əli Əhmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər zaman bu qələbənin regional və beynəlxalq əhəmiyyət daşıdığını xüsusi vurğulamaq lazımdır.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan dövləti öz qələbəsi ilə regiona sülh, əmin-amanlıq və təhlükəsizlik gətirmiş oldu:

“Dörd il bundan əvvəl münaqişə vəziyyətində yaşayan xalqlar və ölkələr arasında yeni münasibətlər sistemi, sülh gündəliyi formalaşıb. Ermənistan tərəfindən səsləndirilən bəyanatların bəzisi səmimilik testindən uğurla keçə bilməsə də, bütövlükdə iki ölkə arasında və Cənubi Qafqazda hərbi ritorikanın siyasi ritorika ilə əvəz olunduğu aydın şəkildə müşahidə edilir. Bu gün bölgədə əmin-amanlıq hökm sürür. Qazandığımız qələbə ilə ilk növbədə haqsızlıq və ədalətsizliyə qarşı uğurlu mübarizə aparmağın yolunu göstərdik”.

Deputat Bəhruz Məhərrəmov vurğulayıb ki, "dövlət başçısı İlham Əliyev Vətən müharibəsində tarixin gedişatını dəyişdi və nəticə etibarı ilə bu gün Azərbaycan region tarixində hərbi-siyasi zəfəri olan yeganə dövlətdir”.

“Vətən müharibəsindən sonra yırtılan maskalar göstərir ki, Qərb bu bölgədə işğal arzulayırdı, milli iradə işğala son qoydu, onlar separatizmin dayanıqlığında maraqlı idi. İlham Əliyev Avrasiya məkanında ilk dəfə Azərbaycanda separatizmin kökünü kəsdi. Qonşu dövlətlərdə seçki qutusuna qədər "girənlər" İlham Əliyevin sayəsində bu günə qədər Azərbaycana şərti sərhədlərdən binoklla baxmaqdan və heç bir hüquqi-siyasi əhəmiyyətə malik olmayan bəyanatlardan irəli gedə bilməyiblər”, - B.Məhərrəmov əlavə edib.

Deputat Kamal Cəfərov isə qeyd edib ki, qazanılan qələbə Azərbaycan gəncliyinin azad, müstəqil və sülh içərisində yaşaması üçün güclü, eyni zamanda tarixi başlanğıcdır: “8 Noyabr – Zəfər Günü tək müasir silahların gücü yox, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsinin, xalqımızın birliyinin, həmrəyliyinin gücüdür. Bu gün yeni nəsil yetişir və antimilli qüvvələrin, Qərbin əsas hədəfi məhz bu gənc nəsildir.

Gənclərin düşüncələrini zəhərləmək, onları xalqımıza, dövlətimizə, xüsusilə də ənənəvi dəyərlərimizə qarşı yönləndirmək istəyirlər. Bu, heç vaxt alınmayıb və alınmayacaq. Buna baxmayaraq, yeni nəsil tariximizi düzgün öyrənməlidir”.

Paylaş

Xəbər lenti

Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR