
Azərbaycanın veteran cüdoçuları dünya çempionatında 4 medal qazanıb.
Cüdo Federasiyasından "AVESTA.AZ"a verilən məlumata görə, ABŞ-nin Las-Veqas şəhərində keçirilən usta cüdoçular arasında dünya çempionatının sonuncu günündə F5 yaş kateqoriyası Zülfiyyə Hüseynova (70 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışda 2 qızıl və 2 bürünc medal əldə edib. Veteranlarımız çempionatı ümumi hesabda 12-ci yerdə başa vurub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.