28-09-2022, 12:45 718

Zabit:

"Düşməndən qənimət götürdüyümüz tankın üzərinə Azərbaycanın Milli Qəhrəmanı, məşhur tankçımız Albert Aqarunovun adını yazıb Şuşa döyüşlərinə girdik. Orada erməni dilində "Şuşi" yazılan lövhəni vurub aşırdıq".

Bunu "AVESTA.AZ"a açıqlamasında Azərbaycan Ordusunun mayoru, İkinci Qarabağ müharibəsi iştirakçısı Məzahir Mahmudov deyib.

O bildirib ki, döyüşlər başlayanda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alırmış: "Xəbərlərdən eşitdim ki, artıq müharibə başlayıb. Tank taborunun komandiri olmuşam. Sentyabrın 28-i özüm könüllü ərizə yazdım, səhhətimin qənaətbəxş olduğunu deyərək döyüşlərə qatılmaq istədim. Cəbrayıl istiqamətindən əməliyyatlara qoşuldum. Döyüşlərin ilk günündə bölük komandirimiz baş leytenant Əlimərdan Quluzadə şəhid oldu və bundan 2 dəqiqə sonra digər hərbi qulluqçumuz Ramiq Ağayev ağır yaralanaraq hospitala aparıldı. O, 19 gün sonra şəhidlik zirvəsinə ucaldı".

M.Mahmudov söyləyib ki, ermənilərin diversiya qrupu Cəbrayılda Azərbaycan Ordusunun bölməsini pusquya salmaq istəyirdi: "Lakin Xüsusi Təyinatlı Qüvvələrimiz onların qarşısına çıxaraq məhv etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərinin azad olunmasını elan edəndən sonra düşmən mövqelərimizə yenidən əks-hücum etdi. Ermənilər çalışırdılar ki, bu xəbəri yalanlasınlar. Məsuliyyətimizi dərk edərək Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şükür Həmidovla birgə bizdən sayca üstün olan erməni tankçılarını darmadağın etdik. Onlar bir neçə tankını saz vəziyyətdə döyüş meydanında qoyaraq qaçdılar. Həmin vaxt düşmənin 4 tankını məhv etdik, 8 texnikasını isə qənimət olaraq ələ keçirdik. Onların diversiya qrupu arxa istiqamətdən gəlib bizi pusquya salaraq məhv etmək istəyirdi. Xüsusi Təyinatlı Qüvvələrin burada rolunu xüsusi qeyd etmək istəyirəm. Bizim xüsusi təyinatlılarımız onların diversiya qrupunun qarşısını alaraq geri oturtdu. XTQ qrupundan gizir Səbuhi Səmədov və gizir Cavid Sahratov həmin döyüşlərdə şəhid oldu. Daha sonra mənim bölməm Şuşa istiqamətinə, digər bir bölməmiz isə Zəngilan və Xocavənd istiqamətlərinə yollandı".

"Ailəliyəm, iki övladım var. Döyüşlərdə ailəmlə ümumiyyətlə, danışa bilmirdim. Cəbrayıl döyüşlərinə girəndə ailəmə şəhid olduğumu demişdilər. Təbii ki, bu xəbərdən sonra onların vəziyyətini sözlə ifadə etmək mümkün deyil. Sonradan onlara xəbər çatıb ki, sağ-salamatam. Bir məsələni də vurğulayım ki, bizim tank heyəti beynəlxalq tank yarışlarında iştirak edən və mükafatlara layiq görülən heyət idi", - Vətən müharibəsinin iştirakçısı vurğulayıb.

Qeyd edək ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə M.Mahmudov "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Şücaətə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

Paylaş

Xəbər lenti

"Unutmayacağımız dostluq jestidir" - İtaliyadan Azərbaycana təşəkkür Bu gün, 14:48 Sabahdan Bakının 2 rayonunda SU KƏSİLƏCƏK Bu gün, 14:48 Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar Bu gün, 14:48 Lamin Yamal "Sabah"la oyunu buraxacaq Bu gün, 14:48 Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanması haqqında dəyişiklik təsdiqlənib Bu gün, 14:48 Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddəti azaldılıb Bu gün, 14:48 Prezident ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı dəyişikliyi imzalayıb Bu gün, 14:48 Bakının bu rayonlarında mənzillər 20 faizdən çox bahalaşıb - SİYAHI Bu gün, 14:48 Nərimanovda açıq lyuk təhlükəsi - Gecə ərazidən keçmək risklidir Bu gün, 14:48 Jalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi Bu gün, 13:48 Alyona Əliyeva "İki dünya arasında" adlı fərdi sərgidən paylaşım edib Bu gün, 13:48 Qurban Qurbanov baş məşqçi karyerasında 900-cü oyuna çıxıb Bu gün, 13:48 Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı Bu gün, 13:48 Yüksək təzyiqi olanlar səhər yeməyini nə vaxt yeməlidir? Bu gün, 13:48 Ötən həftə 470 hektar ərazi minalardan təmizlənib Bu gün, 13:48 Antonio Tayani: Azərbaycanla müdafiə və enerji sektorlarında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur Bu gün, 13:48 Ukraynada dağıntılar altından 14 saat sonra 7 yaşlı uşaq sağ çıxarıldı Bu gün, 13:48 Bəzi yerlərdə yağış intensivləşib, qar yağıb - Faktiki hava Bu gün, 13:48 Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi Bu gün, 12:48 Bakının bu qəsəbələrində yollar TƏMİR EDİLƏCƏK Bu gün, 12:48 Mikayıl Cabbarov: "Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər" Bu gün, 12:48 Məktəbin həyətində yaranmış kanalizasiya problemi aradan qaldırıldı Bu gün, 12:48 "PAŞA Bank" COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib Bu gün, 12:48 Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir? Bu gün, 12:48 İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib Bu gün, 12:48 Azərbaycanda elektriklə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 12:48 İlham Zəkiyev: "Misir Qran-prisində əsas məqsədim reytinq xallarını artırmaq idi" Bu gün, 12:48 Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edir Bu gün, 11:48 Ermənistanda yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub Bu gün, 11:48 Dövlət qulluğu imtahanı verəcək namizədlərə MÜRACİƏT Bu gün, 11:48 Bloger sükan arxasında canlı açıb, qayda pozdu - DYP hərəkətə keçdi Bu gün, 11:48 Ələtdə yeni hava limanının açılacağı tarix bilindi Bu gün, 11:48 Bakıda kişi hoteldə ölüb Bu gün, 11:48 Dahi bəstəkar Üzeyir Hacıbəyovun vəfatından 78 il ötür Bu gün, 11:48 Erməni əsirliyindən qaçan qazi vəfat etdi Bu gün, 11:48 Mikayıl Cabbarov: "Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır" Bu gün, 11:48 Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü Bu gün, 11:48 Bakıda tıxacları azaltmağın ən real yolu açıqlandı Bu gün, 10:48 Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 10:48 "Şöhrət" ordeni ilə təltif edilən Asif Əsgərov kimdir? Bu gün, 10:48 İstanbul küçələrində şir peyda oldu - "Qalatasaray"ın futbolçusu da axtarışlara qoşulub Bu gün, 10:48 Gələn ildən yeni əməkhaqqı sistemi tətbiq edilə bilər Bu gün, 10:48 Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb Bu gün, 10:48 Alicənab oğlan, sakit vida: Emin Mahmudovun tarixə çevrilən hekayəsi Bu gün, 09:48 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? Bu gün, 09:48 Həbsdəki qohumunun arvadına 42 dəfə zəng edən şəxsi öldürdü Bu gün, 09:48 Müsialanın gələcəyi ilə bağlı qalmaqal böyüyür - Matteusdan çağırış Bu gün, 09:48 Həyat yoldaşının ölümünə səbəb olan sürücüyə hökm oxundu - Təfərrüat Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR