29-09-2022, 15:28 500

Azərbaycan Ordusunun mayoru:

"Cəbrayılın azad olunması uğrunda ən ağır döyüşlər "Teleqüllə" adlandırılan ərazi istiqamətində oldu".

Bunu "AVESTA.AZ"a açıqlamasında Azərbaycan Ordusunun mayoru, Vətən müharibəsinin iştirakçısı Emin Ağamalıyev deyib.

O bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi uşaqlıq arzusu olub.

"2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrində zabit olaraq xidmət edirəm. Sentyabrın 26-da bizə qəfil əmr gəldi. Rabitənin təşkili məqsədilə göstərilən istiqamətdə olmalı idik. Biz dərhal komandanı yerinə yetirərək hərəkətə başladıq. Sentyabrın 27-i səhər saatlarında ora çatdıq və öz mövqelərimizi quraraq növbəti əmri gözlədik. Bir gün sonra isə bizə təcili əmr gəldi ki, Füzuli rayonunun Horadiz istiqamətinə gedib rabitə qurulmalıdır. Orada təpələrin birinin ətəyində öz texnikalarımızı saxladıq və növbəti komandanı gözlədik", - Azərbaycan Ordusunun mayoru söyləyib.

Zabit vurğulayıb ki, oktyabrın 7-si döyüş texnikalarını Cəbrayıl rayonunun Şükürbəyli kəndi istiqamətində yerləşdiriblər: "Oktyabrın 10-da isə Cəbrayılda "Teleqüllə" deyilən ərazidə rabitənin təşkili məqsədilə mövqelərimizi qurduq. Məhz ən çətin döyüşlər də bu istiqamətdə oldu. Ora daxil olmaq çox çətin idi. Çünki düşmənin texnika və canlı qüvvəsi həddindən artıq çox idi. Onlar bizi daha çox artilleriya atəşinə tuturdular. Ərazidə özümüzü qorumağa mövqe yox idi. Ruh yüksəkliyi bizdə çox olduğuna görə o çətinliklərə qalib gəldik".

E.Ağamalıyev deyib ki, müharibənin ilk günlərindən düşmənin qorxu və həyəcan içində olması açıq-aşkar özünü biruzə verirdi:

"Ermənilərin şəxsi heyətinin çox olmasına baxmayaraq, qeyri-bərabər döyüşlərdə bizdəki nifrət və qəzəbi görüb döyüş texnikalarını atıb qaçırdılar. Təbii ki, biz də düşmənin atıb qaçdığı həmin texnikalardan elə onların özünə qarşı istifadə edirdik".

"Ailəliyəm iki övladım var. Müharibə zamanı mən şəxsən ailəmlə oktyabrın 26-na qədər əlaqə saxlaya bilmədim. Çünki qızğın döyüşlərdə ailə yadıma düşmürdü, beynimdə yalnız bir fikir var idi - düşməni məhv etmək, qələbə müjdəsini xalqımıza çatdırmaq. Torpaqlarımız şəhidlərimizin canı, qanı hesabına işğaldan azad edildi. Döyüşlərdə mayor Müseyib Zeynalovun şəhid olması məni daha çox sarsıtdı. Çox savadlı, öz şəxsi heyətinin qeydinə qalan, şən zabit idi. Dünyaya mesaj olaraq bildirmək istəyirəm ki, Azərbaycan Ordusu müzəffər və qalib ordudur. Biz öz gücümüzlə düşmənin istənilən vaxt təxribatının qarşısını almağa qadirik", - zabit vurğulayıb.

Qeyd edək ki, E.Ağamalıyev Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Foto: Ehtiram Cəbiyev

Paylaş

Xəbər lenti

"Unutmayacağımız dostluq jestidir" - İtaliyadan Azərbaycana təşəkkür Bu gün, 14:48 Sabahdan Bakının 2 rayonunda SU KƏSİLƏCƏK Bu gün, 14:48 Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar Bu gün, 14:48 Lamin Yamal "Sabah"la oyunu buraxacaq Bu gün, 14:48 Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanması haqqında dəyişiklik təsdiqlənib Bu gün, 14:48 Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddəti azaldılıb Bu gün, 14:48 Prezident ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı dəyişikliyi imzalayıb Bu gün, 14:48 Bakının bu rayonlarında mənzillər 20 faizdən çox bahalaşıb - SİYAHI Bu gün, 14:48 Nərimanovda açıq lyuk təhlükəsi - Gecə ərazidən keçmək risklidir Bu gün, 14:48 Jalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi Bu gün, 13:48 Alyona Əliyeva "İki dünya arasında" adlı fərdi sərgidən paylaşım edib Bu gün, 13:48 Qurban Qurbanov baş məşqçi karyerasında 900-cü oyuna çıxıb Bu gün, 13:48 Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı Bu gün, 13:48 Yüksək təzyiqi olanlar səhər yeməyini nə vaxt yeməlidir? Bu gün, 13:48 Ötən həftə 470 hektar ərazi minalardan təmizlənib Bu gün, 13:48 Antonio Tayani: Azərbaycanla müdafiə və enerji sektorlarında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur Bu gün, 13:48 Ukraynada dağıntılar altından 14 saat sonra 7 yaşlı uşaq sağ çıxarıldı Bu gün, 13:48 Bəzi yerlərdə yağış intensivləşib, qar yağıb - Faktiki hava Bu gün, 13:48 Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi Bu gün, 12:48 Bakının bu qəsəbələrində yollar TƏMİR EDİLƏCƏK Bu gün, 12:48 Mikayıl Cabbarov: "Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər" Bu gün, 12:48 Məktəbin həyətində yaranmış kanalizasiya problemi aradan qaldırıldı Bu gün, 12:48 "PAŞA Bank" COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib Bu gün, 12:48 Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir? Bu gün, 12:48 İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib Bu gün, 12:48 Azərbaycanda elektriklə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 12:48 İlham Zəkiyev: "Misir Qran-prisində əsas məqsədim reytinq xallarını artırmaq idi" Bu gün, 12:48 Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edir Bu gün, 11:48 Ermənistanda yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub Bu gün, 11:48 Dövlət qulluğu imtahanı verəcək namizədlərə MÜRACİƏT Bu gün, 11:48 Bloger sükan arxasında canlı açıb, qayda pozdu - DYP hərəkətə keçdi Bu gün, 11:48 Ələtdə yeni hava limanının açılacağı tarix bilindi Bu gün, 11:48 Bakıda kişi hoteldə ölüb Bu gün, 11:48 Dahi bəstəkar Üzeyir Hacıbəyovun vəfatından 78 il ötür Bu gün, 11:48 Erməni əsirliyindən qaçan qazi vəfat etdi Bu gün, 11:48 Mikayıl Cabbarov: "Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır" Bu gün, 11:48 Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü Bu gün, 11:48 Bakıda tıxacları azaltmağın ən real yolu açıqlandı Bu gün, 10:48 Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 10:48 "Şöhrət" ordeni ilə təltif edilən Asif Əsgərov kimdir? Bu gün, 10:48 İstanbul küçələrində şir peyda oldu - "Qalatasaray"ın futbolçusu da axtarışlara qoşulub Bu gün, 10:48 Gələn ildən yeni əməkhaqqı sistemi tətbiq edilə bilər Bu gün, 10:48 Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb Bu gün, 10:48 Alicənab oğlan, sakit vida: Emin Mahmudovun tarixə çevrilən hekayəsi Bu gün, 09:48 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? Bu gün, 09:48 Həbsdəki qohumunun arvadına 42 dəfə zəng edən şəxsi öldürdü Bu gün, 09:48 Müsialanın gələcəyi ilə bağlı qalmaqal böyüyür - Matteusdan çağırış Bu gün, 09:48 Həyat yoldaşının ölümünə səbəb olan sürücüyə hökm oxundu - Təfərrüat Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR