18-11-2024, 11:51 442

AIIB Azərbaycanla günəş enerjisi sahəsində ilk sazişini imzalayıb

COP29 çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Cənubi Qafqazda “yaşıl infrastruktur”un genişləndirilməsi istiqamətində əhəmiyyətli addım ataraq, Azərbaycanda ilk özəl sektorun iştirakı ilə bərpa olunan enerji layihəsi üçün 160 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair saziş imzalayıb.

Bu barədə “Report”a bankdan bildirilib.

“Abu Dhabi Future Energy Company”PJSC (Masdar) ilə əməkdaşlıq çərçivəsində bu investisiya hesabına iki günəş fotovoltaik (PV) elektrik stansiyasının - 315 MVt gücündə Banka Günəş PV Elektrik Stansiyası (Banka Solar) və 445 MVt gücündə Biləsuvar Günəş PV Elektrik Stansiyasının (Biləsuvar Solar) inkişafı, tikintisi, istismarı və texniki xidmətlərin göstərilməsi maliyyələşdiriləcək. Azərbaycan hökuməti tərəfindən təyin edilmiş “SOCAR Green” şirkəti “Masdar”ın yerli tərəfdaşı olaraq layihəyə qoşularaq, ölkənin aşağıkarbonlu gələcəyə sadiqliyini bir daha vurğulayır, məlumatda deyilir. Layihəni həmçinin Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşdirir.

Günəş elektrik stansiyaları təmiz, sərfəli enerji təchizatı təmin edərək, illik təxminən 757 min ton CO₂ekvivalent istixana qazı emissiyalarını azaldacaq və əhəmiyyətli yerli məşğulluq imkanları yaradacaq. Layihə həmçinin Azərbaycanın Paris Sazişi çərçivəsindəki iqlim hədəflərinə və yenilənmiş Milli Təyin Edilmiş Töhfələrinə (NDC) nail olmasına kömək edəcək, məlumatda deyilir.

“Bu layihə ilə AIIB Azərbaycanın iddialı enerji keçidini dəstəkləməyə, günəş enerjisindən istifadə edərək dayanıqlı enerji infrastrukturu yaratmağa və ölkənin iqlim məqsədlərinə çatmasına kömək etməyə sadiqdir, - deyə AIIB-nin Qlobal Layihə və Korporativ Maliyyə Müştəriləri üzrə Baş Direktoru Nacib Heydər bildirib. - Bu maliyyələşdirmə, AIIB-nin bərpa olunan enerji layihələrini genişləndirmək və Azərbaycan və region üçün dayanıqlı gələcək təmin etmək məqsədilə özəl kapitalın səfərbər edilməsinə sadiqliyini vurğulayır”.

Bu əməliyyat, AIIB-nin Azərbaycanda üçüncü, lakin ölkədəki ilk suveren təminatsız krediti olmaqla, Bankın portfelini şaxələndirmək və Qafqaz regionunda bərpa olunan infrastrukturun gücləndirilməsinə sadiqliyini göstərir. Bu günə qədər AIIB Qafqazda enerji və nəqliyyat kimi sektorları əhatə edən və regionun uzunmüddətli inkişafı və dayanıqlığını dəstəkləməyə yönəlmiş yeddi layihəni maliyyələşdirib.

Paylaş

Xəbər lenti

ADB Azərbaycanda Xəzərin suyunun duzsuzlaşdırılması üzrə ilk zavodun tikintisinə 140 milyon dollar ayırıb Bu gün, 09:48 Neft bazarında ucuzlaşma: "Brent" 89 dollardan aşağı düşdü Bu gün, 09:48 Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı ADSEA-dan AÇIQLAMA Bu gün, 09:48 "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək Bu gün, 09:48 Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib Bu gün, 09:48 Bakıda quraşdırılacaq avtobus svetoforlarının hərəkət qaydaları açıqlanıb Bu gün, 09:48 Sumqayıtda avtomobilin vurduğu piyada ölüb Bu gün, 08:48 Ada Süleymanla "Uzundərə" rəqsini ifa etmişdilər: Vidadi Həsənov danışmaqda çətinlik çəkdi Bu gün, 08:48 Əsginasın həqiqi olub-olmadığını necə yoxlamaq olar? Bu gün, 08:48 Hörmüz boğazında partlayışlar: üç tanker yanıb Bu gün, 08:48 "Barselona" futbolçuları Bakıda Bu gün, 00:48 Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub Bu gün, 00:48 Ada Süleymanın həlak olduğu qəzadakı avtomobilin son halı Bu gün, 00:48 Sulutəpədə güclü yanğın Dünən, 23:48 ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib Dünən, 23:48 Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib Dünən, 23:48 Melaniya Tramp: Vaşinqton Ukrayna nizamlanmasına dair yeni təkliflər üzərində işləyir Dünən, 23:48 Qarabağ Universiteti: Heç bir tələbə ali təhsil müəssisəsindən qovulmayıb Dünən, 22:48 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib Dünən, 22:48 Tramp "Nvidia" rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb Dünən, 22:48 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? Dünən, 22:48 Evdə virusların yayılma riskini azaltmağın sadə yolu - Həkim açıqladı Dünən, 22:48 Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib Dünən, 22:48 Səfir: Albaniya Orta Dəhlizin 8-ci Dəhliz və Dürres limanı ilə birləşdirilməsində maraqlıdır Dünən, 21:48 FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb Dünən, 21:48 Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib Dünən, 21:48 Bakıda mənzillər 2027-ci ildə də bahalaşacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Əməkdar müəllimi piyada keçidində maşın vurub öldürdü Dünən, 21:48 Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı Dünən, 20:48 Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ Dünən, 20:48 29 binanın damı, fasadı və blokları yenilənəcək - Bu ərazilərdə... Dünən, 20:48 Merts Avropanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib Dünən, 20:48 Keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu rayonlarda... Dünən, 19:48 74 yaşlı qadının məhkəmə istintaqı yenidən başlayır Dünən, 19:48 Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb Dünən, 19:48 Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR Dünən, 19:48 Paşinyan avropalı səfirlərlə görüşdü – TRIPP və sülh prosesi müzakirə olundu Dünən, 19:48 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar Dünən, 18:48 Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI Dünən, 18:48 Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında Dünən, 18:48 İcarəyə maşın götürdü, ehtiyat hissələrini sökərək satdı Dünən, 18:48 Tramp: Huanqın "Nvidia"ya qayıdışı düzgün qərardır Dünən, 18:48 Azərbaycanda Dünya Çempionatı keçirilir - 900-dən çox idmançı mübarizə aparacaq Dünən, 18:48 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 17:48 İsa Həbibbəyli: Sərdar Berdiməhəmmədovun kitabı Türkmənistanın "pasportu"dur Dünən, 17:48 Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri Dünən, 17:48 Binə qəsəbəsində mağazalardan oğurluq edən iki nəfər saxlanılıb Dünən, 17:48 "By Fateh Gənclik"də nöqsanlar aşkarlandı - GÖRÜNTÜLƏR Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR