
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalayıb.
"AVESTA.AZ" UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Təhlükəsizlik Şurasının təcili iclasından sonra videomüraciətində bildirib.
Onun sözlərinə görə, Ukrayna faktiki olaraq NATO-nun bir hissəsidir: “Bu gün Ukrayna bunu deyure etmək üçün müraciət edir. Biz Ukraynanın Alyansa sürətləndirilmiş qaydafa üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq”.
Ukrayna lideri deyib ki, Ukrayna defakto NATO-da öz yolunu keçib: “Biz artıq defakto Alyansın standartlarına uyğunluğumuzu sübut etmişik. Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və bir-birimizi qoruyuruq”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.