
Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanda böyük terror aktı törətməyi planlaşdıran gizli hücrənin 12 üzvünü saxlayıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd olunub ki, FTX-nin Dağıstan Respublikası üzrə idarəsinin əməkdaşlarının Dağıstanın Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada fəaliyyəti qadağan edilmiş terror təşkilatının gizli hücrəsinin iri terror aktı törətməyi planlaşdıran 12 üzvü saxlanılıb.
Əməliyyatın təfərrüatları açıqlanmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.