
İslandiyada 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 17,6 min nəfərin yaşadığı Akureyri şəhərindən 121 km cənub-şərqdə, ocağı isə 1 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.