
Polşa Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını müxalif qüvvələrin hücumu ilə bağlı yaranmış vəziyyət fonunda Suriyanı dərhal tərk etməyə çağırıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Polşa XİN-in “X” hesabında paylaşım edilib.
“Qısa müddət ərzində Suriyanın bütün ərazisini bürümüş vəziyyətin sürətlə gərginləşməsi ilə əlaqədar bu ölkədə yaşayan bütün Polşa vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırırıq”, - məlumatda qeyd olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.