
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III turun proqramı bəlli olub.
"AVESTA.AZ"un məlumatına görə, oyunlar dekabrın 17-18-də keçiriləcək.
Dekabrın 17-də, saat 15:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində "Neftçi" MOİK-lə üz-üzə gələcək.
Növbəti gün isə iki matç təşkil ediləcək. Saat 15:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında “Xilasedici” "Azərreyl"i qəbul edəcək. İki saat sonra "Gənclər" və “Murov Az Terminal” münasibətlərə aydınlıq gətirəcəklər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.