
Təhsil Tələbə Krediti Fondunun elektron portalına son üç ildə 58 mindən çox müraciət daxil olub.
"Report" xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov təşkilatın 3 illik fəaliyyətinə dair keçirilən brifinqdə deyib.
O qeyd edib ki, müraciətlər əsasında 46 minə yaxın tələbənin təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib:
"Bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.