
Böyüklər və gənclər arasında cüdonun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçirilib.
"AVESTA.AZ" xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində baş tutan yarışda böyüklər arasında 2009-cu il və ondan aşağı, gənclər arasında isə 2005 - 2010-cu təvəllüdlü cüdoçular iştirak ediblər.
Gənclər arasında Nihat Camalov və Rüstəm Məmmədov birinci yerə çıxıblar. Böyüklərin mübarizəsində isə Çingiz Əhmədov və Seymur Məcidli fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.