27-12-2024, 23:25 383

TÜRKSOY Cəfər Cabbarlının dram əsərlərindən ibarət kitab təqdim edib

Türkiyədə Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 125 illiyi və seçilmiş dram əsərlərindən ibarət kitabın təqdimat mərasimi keçirilib.

"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, mərasim Beynəlxalq Türk Mədəniyyət Təşkilatında (TÜRKSOY) baş tutub.

Tədbir TÜRKSOY, Azərbaycanın Türkiyədəki Səfirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Cəfər Cabbarlının Ev Muzeyi və Dövlət Teatr Muzeyinin birgə əməkdaşlığı ilə keçirilib.

Mərasimdə respublikamızın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Azərbaycanın Türkiyədəki Səfirliyininin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu kafedrasının müdiri İsrafil İsrafilov, Ankara Universitetinin Dil, Tarix və Coğrafiya Fakültəsi Çağdaş Türk Ləhcələri və Ədəbiyyatı Bölümünün professoru Ərdoğan Uygur, Cəfər Cabbarlının ev-muzeyinin direktoru və ədibin nəvəsi Qəmər Bağırova, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, kitabı Azərbaycan dilindən Türkiyə türkcəsinə uyğunlaşdıran Atabəy Barış və digərləri iştirak edib. Tədbirdə yazıçının həyat və yaradıcılığından bəhs edən film nümayiş edilib, TÜRKSOY tərəfindən nəşr olunan “Cəfər Cabbarlının seçilmiş dramatik əsərləri” kitabı təqdim olunub.

E.Qafarlı qonaqları TÜRKSOY-un baş katibi Sultan Raevin adından salamlayaraq bildirib ki, C.Cabbarlı ömrünün qısa olmasına baxmayaraq Azərbaycan və Türk dünyası çağdaş ədəbiyyatının şair və yazıçılarından biri olmağı bacarıb: “Bu gün hörmətlə yad etdiyimiz ədib Azərbaycan teatr-kino sənətinin inkişafında mühüm rol oynayıb. TÜRKSOY Cəfər Cabbarlının teatr sənətini teatr sevərlərə tanıtmaq üçün dram əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdıraraq möhtəşəm kitab hazırladı”.

S.Abbasov, C.Cabbarlının Azərbaycan mədəniyyət və ədəbiyyatının inkişafındakı roluna toxunub.

Q.Bağırova isə bildirib ki, C.Cabbarlı Azərbaycan ədəbiyyatında əvəzsiz xidmətləri olan şəxsdir: “1982-ci ildə Cəfər Cabbarlının 80 illik yubileyi ərəfəsində həm abidəsi ucaldıldı, həm də ev muzeyinin açılış mərasimi keçirildi. Cəfər Cabbarlı həm də çox böyük türkçü idi. Ömrünün sonuna qədər bu ideyası xüsusilə də “Ədirnənin fəthi” və “Trablus müharibəsi” əsərlərində əks olundu. Bugünkü tədbirin keçirilməsinə görə Cəfər Cabbarlı ailəsi adından TÜRKSOY-a təşəkkür edirəm”.

“Cəfər Cabbarlının seçilmiş dramatik əsərləri” kitabının müəllifi olmaqdan qürur duyduğunu deyən Ərdoğan Uygur, isə ədibi çıxışla anlatmağın qeyri-mümkün olduğuna diqqət çəkib: “Cəfər Cabbarlı dramaturq kimi məşhurlaşmazdan əvvəl şair kimi önə çıxdı, sonra dram əsərlər yazmağa başladı. Azərbaycan ədəbiyyatının simvol şəxsiyyətləridən birdir. Həyatı və ədəbi fəaliyyətində şeirlər, pyeslər yer alır. Mirzə Ələkbər Sabirdən təsirlənərək əsərlərində soisal ədalətsizlik, cəhalət, tamahkarlıqdan bəhs edib. Eyni zamanda ədəbiyyata yeni mövzular qazandırıb”.

Natiq, C.Cabbarlının 1918-1920-ci illərdə türkçülük və millətçilik fəaliyyətləri ilə məşğul olduğuna, sovet dönəmində isə fərqli cərəyanda yaradıcılıq işləri ilə məşğul olduğunu bildirib: “Cəfər Cabbarlı iki dönəmin adamı olub: 1918-1920 və 1920-ci ildən sonrakı dönəm. 1918-1920-cı illərdə “Azərbaycan” qəzetində çalışıb, millətçilik və Turançılık cərəyanı istiqamətində ədəbiyyata da nüfuz edən Cabbarlı, Sovet dönəmində yaradıcılığına bir qədər ara verir. Bu arada isə “Aydın” pyesini yazıb. Sovet dövlətinin kriteriyalara uyğunlaşmaq lazım idi: yeni cərəyan sosialist realizm oldu. “Sevil” və “Almaz” pyesləri də bu cərəyanın nümunəsidir. Yazar sadə və axıcı dildə yazıb. Yaşadığı ölkənin gerçəklərinə görə hərəkət edən, Azərbaycan ədəbiyyatında mühüm yer tutan şəxsiyyət olub.

C.Cabbarlının 35 il ərzində gördüyü işləri xatırladan İsrafi İsrafilov isə “Türk dünyasında ədibə bənzər şəxsiyyət tanımıram”, - deyib. Natiq onu da bildirib ki, dramaturq böyük aktyor nəslinin yetişməsinə səbəb olub: “125 il keçməsinə baxmayaraq ikinci Cəfər doğulmadı”.

Tədbirin sonunda iştirakçılara TÜRKSOY-un baş katibi Sultan Raev adından medallar təqdim olunub, kollektiv foto çəkilib.

Paylaş

Xəbər lenti

"Hafka" ilə Qurban Qurbanov bir arada Bu gün, 11:48 Mayın sonunda ardıcıl 5 gün iş olmayacaq Bu gün, 11:48 Baş Ələt stansiyasında dəmir yolu xətlərinin yenilənməsi davam edir Bu gün, 11:48 Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub Bu gün, 11:48 "Fənər"dən qovulan Tedeskoya yeni təklif gəldi Bu gün, 11:48 Oğuzda narkokuryerlər saxlanılıb Bu gün, 11:48 DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ Bu gün, 11:48 Gəncədə məktəbdə şagirdin bıçaqlandığı hadisənin TƏFƏRRÜATI Bu gün, 11:48 İranla müharibənin xərci 25 milyard dollara çatıb - Pentaqon Bu gün, 10:48 "Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR Bu gün, 10:48 Azərbaycanda saatlıq əməkhaqqı modelinə keçid sürətlənə bilər Bu gün, 10:48 Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı Bu gün, 10:48 Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar Bu gün, 10:48 Avropa ölkələri NATO-ya əlavə olaraq yeni hərbi dəniz ittifaqı yaradır Bu gün, 10:48 Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək Bu gün, 10:48 Həbib Nurməhəmmədov: "Putin mənim üçün heç bir idman bazası tikdirməyib" Bu gün, 10:48 Qəbul imtahanının II mərhələsi üzrə neçə abituriyent qeydiyyatdan keçib? Bu gün, 10:48 Ronaldo azarkeşlərin məsxərəsinə istehzalı cavab verdi Bu gün, 10:48 MTK-lar idarəetməni niyə təhvil vermirlər? - Sakinlərin bitməyən "komendant" dərdi Bu gün, 09:48 ABŞ-İran gərginliyi yenidən artır: Müharibə yenidən başlayacaq? Bu gün, 09:48 Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb Bu gün, 09:48 Neftimiz 6 dollardan çox bahalaşıb Bu gün, 09:48 Bakıda yanğın təhlükəsizliyi pozulan topdansatış mağazası bağlandı Bu gün, 09:48 "Prezident Kuboku 2026": Mingəçevirdə növbəti mükafatçılar bəlli olacaq Bu gün, 09:48 Fariz Murtuzov rəhbər vəzifəyə gətirildi - Agentlikdə TƏYİNAT Bu gün, 08:48 Ucar sakinləri həyəcan təbili çalırlar: "Canavarlar artıq gündüz də hücum edir" Bu gün, 08:48 Tələblərə cavab verməyən heyvanlar satış zonasına buraxılmayacaq Bu gün, 08:48 Ardıcıl 3 gün qeyri-iş günü olacaq Bu gün, 08:48 "Tasnim": ABŞ-nin ələ keçirdiyi gəmidəki iranlılardan altısı azad olunub Bu gün, 00:48 Orxan Fikrətoğlu: "Allahdan qorxmayan insan birmənalı olaraq təhlükəlidir" Bu gün, 00:48 ADNA-da törədilən terror aktından 17 il ötür Bu gün, 00:48 XTQ-nin yaradılmasından 27 il ötür Bu gün, 00:48 Çaykənd əməliyyatından 35 il ötür Bu gün, 00:48 Pentaqon iki vacib vəzifəsini açıqladı Dünən, 23:48 "50-yə yaxın evə ziyan dəydi" - Selin fəsadları ilə bağlı hansı işlər görülür? Dünən, 23:48 Ermənistanda seçicilərin satın alınması işi üzrə daha beş nəfər saxlanılıb Dünən, 23:48 ABŞ-də əyləncə parkındakı iğtişaşlar zamanı iki polis xəsarət alıb Dünən, 23:48 Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub Dünən, 22:48 "Axios": ABŞ İrana qarşı yeni hücum planı hazırlayıb Dünən, 22:48 Putin və Tramp arasında telefon danışığı olub Dünən, 22:48 PSJ-nin gürcü futbolçusu "Qızıl top"a namizədlər sırasında Dünən, 22:48 Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır Dünən, 22:48 ABŞ-dən İranla bağlı şok plan: "Qısa və güclü" zərbələr hazırlanıb Dünən, 22:48 Zelenski: Ukrayna Rusiya ilə yeni əsir mübadiləsinə hazırlaşır Dünən, 21:48 Bakı və Abşeronda torpaq sahələrinin QİYMƏTLƏRİ - SİYAHI Dünən, 21:48 Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib Dünən, 21:48 "Əlil uşağım var, məni də aldatdılar" - Sosial şəbəkədə dələduzluq Dünən, 21:48 GTA VI oyununun qiyməti 100 dollar olacaq? Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR