
ABŞ Prezidenti Cozef Bayden ölkənin "İnter Mayami" klubunun və Argentina millisinin hücumçusu Lionel Messini "Azadlıq" medalı ilə təltif edəcək.
"AVESTA.AZ" "ABC News"a istinadən xəbər verir ki, Ağ Evdə baş tutacaq təltifetmə mərasimində Messi ilə yanaşı, digər rəsmi şəxslər də mükafatlandırılacaqlar.
Qeyd edək ki, ABŞ Prezidentinin "Azadlıq" medalı dövlət başçısı tərəfindən vətəndaşlara təqdim edilən iki ən yüksək mükafatdan biridir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.