5-01-2025, 11:00 396

Peşəkarlıq və operativlik - Baku.ws saytının 21 yaşı tamam olur

Baku.ws saytının 21 yaşı tamam olur.

"AVESTA.AZ" xəbər verir ki, Baku.ws yarandığı ilk gündən məhdud kollektiv və imkanlarla ölkənin internet resursları arasında sözünü deməyi bacarıb. Peşəkarlıq və operativlik yarandığı ilk günlərdən sayta populyarlıq qazandırıb.

Bu gün Baku.ws Azərbaycan və rus dillərində fəaliyyət göstərən ən oxunaqlı, operativ və etibarlı xəbər istehsalçılarından biridir. Saytda Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair xəbər, analitik yazı, reportaj, müsahibə və araşdırmalar, eyni zamanda regionda, dünyada baş verən son xəbərləri izləmək mümkündür.

Qeyd edək ki, daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan Baku.ws 21 il ərzində Azərbaycanda etibarlı xəbər resurslarından birinə çevrilərək statusunu bu günədək qoruyub saxlayır.

Vətən müharibəsində, jurnalistikanın üzərinə çətin vəzifə düşdüyü dövrdə Baku.ws komandası olaraq bu öhdəliyi də şərəf və ləyaqətlə yerinə yetirib. Dezinformasiyaların çox yayıldığı həmin çətin dövrdə rəsmi qurumlarla birgə əməkdaşlıq edərək, oxuculara cəbhədən ən dolğun və son məlumatları çatdıraraq qələbələri fərəhlə işıqlandırıb.

Baku.ws həmçinin Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) da geniş şəkildə işıqlandırıb. Saytın COP29 İqlim Dəyişiklikləri Konfransındakı fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib və əməkdaşlar təşəkkürnamə ilə təltif olunublar.

Baku.ws Azərbaycanın instaqram sosial şəbəkəsində də öz sözünü deyib, ən oxunaqlı və etibarlı səhifə adını qazanıb. Saytın instaqram səhifəsinin izləyicilərinin sayı 1,3 milyonu ötüb. Səhifənin ay ərzində paylaşımları 200 milyona yaxın baxış toplayıb. Postlar cəmi 1 ay ərzində 3,4 milyon unikal istifadəçisiyə çatıb. Ay ərzində 2,4 milyon izləyici səhifəni ziyarət edərək xəbərləri izləyir. Bu rəqəmlər instaqramda Baku.ws xəbər səhifəsinə olan inamın və etibarın göstəricisidir.

Eyni zamanda Azərbaycanda təşkil olunan xeyriyyə aksiyaları saytın daima diqqətində olub. Baku.ws 21 il ərzində bir çox xeyriyyə aksiyalarında qatılıb, ehtiyaclı və aztəminatlı insanlara dəstək olub və onların problemlərinin həllində yaxından iştirak edib.

Bir sözlə, Baku.ws 21 ildə bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.

"AVESTA.AZ" İnformasiya Agentliyinin kollektivi Baku.ws-də çalışan həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır!

Paylaş

Xəbər lenti

Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib Bu gün, 00:48 Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? Dünən, 23:48 Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır Dünən, 23:48 Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub Dünən, 23:48 "Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər Dünən, 23:48 Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib Dünən, 23:48 İranda Bəlucistan gərginliyi: Hakimiyyət bölgəyə nəzarəti itirir? Dünən, 22:48 YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar Dünən, 22:48 Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci günü yeni rekordlarla yadda qalıb Dünən, 22:48 Arıqlamaq istəyənlər suşidən imtina etməlidir? - Mütəxəssis açıqladı Dünən, 22:48 Brejnevə təqdim olunan kuzəni hazırlayan zərgər illər sonra danışdı Dünən, 22:48 "OpenAI"nin süni intellekt agentləri Avstraliyada iki dövlət qurumunun sisteminə müdaxilə edib Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı Dünən, 21:48 Naxçıvanda yol qəzası olub, bir nəfər xəsarət alıb Dünən, 21:48 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək Dünən, 21:48 Şadlıq evlərində kütləvi zəhərlənmə TƏHLÜKƏSİ - Ekspektdən XƏBƏRDARLIQ Dünən, 21:48 G7 ölkələri yanacaq bazarı ilə bağlı mühüm razılığa gəldilər Dünən, 21:48 İran Məkkə sazişi ölkələrini husilərlə siyasi dialoq qurmağı təklif edib Dünən, 20:48 "Fənərbaxça" klubu Bakıda coşqu ilə qarşılandı Dünən, 20:48 Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı Dünən, 20:48 Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi Dünən, 20:48 Azərbaycandan digər ölkələrə yeni dəmir yolu xətləri açılacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48 Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib Dünən, 20:48 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib Dünən, 19:48 Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edib Dünən, 19:48 Bakıda məşhur hospitalda əməliyyatdan sonra ölüm Dünən, 19:48 Argentinaya investisiya yatıran əcnəbilərə vətəndaşlıq veriləcək Dünən, 19:48 "Azəristiliktəchizat"dan istilik sistemi ilə bağlı VACİB XƏBƏR Dünən, 19:48 Azərbaycanda ən gənc müəllimin neçə yaşı var? Dünən, 19:48 Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib Dünən, 18:48 Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda! Dünən, 18:48 Bu il neçə uşaq övladlığa və himayədar ailəyə verilib? - RƏSMİ Dünən, 18:48 Azərbaycan Prezidenti: "Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" Dünən, 18:48 Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən daha bir "tiktoker" həbs olunub Dünən, 18:48 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var? Dünən, 17:48 Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq" Dünən, 17:48 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi Dünən, 17:48 İlham Əliyev: "Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur" Dünən, 17:48 İlham Əliyev: Azərbaycanın xarici borcu ÜMD-ə nisbətdə 5,6 % təşkil edir, bu dünyada ən aşağı göstəricilərdən biridir Dünən, 17:48 Pol Aron: "Azərbaycanlı azarkeşlər çox səmimi və xüsusidir" Dünən, 17:48 Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib Dünən, 16:48 Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib Dünən, 16:48 "Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək Dünən, 16:48 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - 700 mindən çox vətəndaş... Dünən, 16:48 İlham Əliyev: Bizə kömək edən olmayıb, silahları da öz pulumuza almışıq Dünən, 16:48 Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək Dünən, 16:48 YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR