
Rusiya səfirliyi Dnestryanıdakı enerji böhranı ilə bağlı mövqeyini açıqladıqdan sonra rusiyalı diplomat Moldova Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova XİN-in mətbuat katibi Tatyana Barak teleqramda bildirib.
Onun sözlərinə görə, Rusiya diplomatik missiyasının bu cür bəyanatları Kişinyov və Moskva arasında münasibətlərə mənfi təsir göstərir.
Qeyd edək ki, Rusiya yanvarın 1-dən etibarən Ukrayna ərazisindən Avropaya qaz tranzitini dayandırdıqdan sonra Moldovanın Dnestryanı regionunda enerji böhranı yaşanır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.