
"Sabah" klubu heyətini yeni basketbolçu ilə gücləndirib.
Bu barədə "AVESTA.AZ"a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
ABŞ-dən olan Trey Sampsonla 2025/2026 mövsümün sonuna kimi müqavilə imzalanıb.
Karyerasına ABŞ-də NCAA Liqasında başlayan 24 yaşlı oyunçu Bolqarıstan və İsveçrədə legioner həyatı yaşayıb.
Son klubu İsveçrə təmsilçisi “Lugano Tigers” olan T.Sampson hücumçu mövqeyində çıxış edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.