
Sumqayıtda 76 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.
“Report” un yerli bürosu xəbər verir ki, hadisə şəhərin altıncı mikrorayonunda qeydə alınıb.
Belə ki, 1949-cu il təvəllüdlü Zamiddin Həbibulla oğlu Həbibov yaşadığı doqquz mərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb. O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.