10-01-2025, 12:12 373

2030-cu ilədək Bakı metrosunun inkişafına 4 milyard manatdan çox vəsait tələb olunur

Bakı metrosunun 2030-cu ilə qədər inkişaf proqramına əsasən, 10 yeni stansiyanın tikintisinin tamamlanması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə keçirilən mətbuat konfransında deyib.

Nazir müavininin sözlərinə görə, 2025-2030-cu illər ərzində proqramın icrası üçün 4,202 milyard manat vəsait tələb olunur: "Bu vəsaitin 493 milyon manatı cari il üçün nəzərdə tutulub".

R. Hümmətov vurğulayıb ki, proqram çərçivəsində sərnişin axınını 88 milyon nəfərə çatdırmaq məqsədilə 2 stansiyanın tikintisinin başa çatdırılması, 1 stansiyanın təmir edilməsi və 8 yeni stansiyanın inşası planlaşdırılır. “Artıq 6 stansiyanın yeri müəyyənləşdirilib”.

Onun sözlərinə görə, “Bənövşəyi xətt”də 6, “Yaşıl xətt” üzrə isə 4 yeni stansiyanın tikintisi nəzərdə tutulur:

“Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq, Bakı metropoliteninin inkişafı çərçivəsində ‘Yaşıl xətt’in ‘Xətai-Həzi Aslanov-2’ seqmentində 4 stansiya, həmçinin ‘Dərnəgül’ elektrik deposunun tikintisi xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, ‘Bənövşəyi xətt’in inkişafı ilə Sumqayıt və Xırdalandan şəhər mərkəzinə sərnişin axınının daha səmərəli tənzimlənməsi və metropolitenin tranzit rolunun gücləndirilməsi hədəflənir”.

Son illərdə Bakı metropoliteninin modernləşdirilməsi sahəsində əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu vurğulayan nazir müavini əlavə edib ki, 7 metro stansiyası və 1 depo inşa edilib, yeni “Bənövşəyi xətt” istifadəyə verilib.

O qeyd edib ki, COP29 tədbiri çərçivəsində 35 yeni vaqon alınaraq komplektləşdirilib və bununla da yeni nəsil vaqonların sayı 150-yə çatdırılıb:
“Bu yeniliklər sərnişinlər üçün daha rahat və təhlükəsiz səfərlərin təmin olunmasına şərait yaradacaq”.

Paylaş

Xəbər lenti

Laos AQEM-ə üzv qəbul edilib Bu gün, 16:48 Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər Bu gün, 16:48 Bakıda NATO təlimləri keçirilib Bu gün, 16:48 Alpay 91 yaşında vəfat etdi Bu gün, 16:48 Folklend adaları uğrunda yeni gərginlik: Britaniya ordusu hərəkətə keçdi Bu gün, 16:48 İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib Bu gün, 16:48 Goranboyda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb Bu gün, 16:48 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı Bu gün, 16:48 Konqo Demokratik Respublikasında Ebola virusundan 4 381 nəfər ölüb Bu gün, 16:48 Oktyabrın ilk yarısında temperatur normadan 5 dərəcə yüksək olub Bu gün, 15:48 İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub Bu gün, 15:48 Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI Bu gün, 15:48 Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək Bu gün, 15:48 Məşhur reperin evinə həbs qoyuldu - Aliment borcunu ödəmirmiş... Bu gün, 15:48 Qarabağda "Yüksəliş" müsabiqəsi qaliblərinin forumu keçiriləcək Bu gün, 14:48 Vyetnamın vitse-prezidenti Azərbaycana səfərə gəlib Bu gün, 14:48 Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab Bu gün, 14:48 "Qarabağ"ın məşqçisi cərimələndi: Təhqir iddiasına klubdan reaksiya Bu gün, 14:48 Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib Bu gün, 14:48 Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək Bu gün, 14:48 Suriya 2014-cü ildən bəri ilk dəfə 42 kimyəvi bombanı məhv edib Bu gün, 14:48 Bilal Əliyev: "10 dəfə Həcc ziyarətinə getmişəm, amma məktəblilər eyni geyim formasında olmalıdırlar" Bu gün, 14:48 Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər Bu gün, 14:48 Bakı-Sumqayıt yolunda TIR-ın daşıdığı texnika körpüyə ilişdi Bu gün, 13:48 Azərbaycanda 47 min iş yeri açılacaq Bu gün, 13:48 Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq Bu gün, 13:48 Almaniyada 16 yaşlı qıza qarşı hərəkətlərə görə robot müsadirə edilib Bu gün, 13:48 Sergey Lavrov Bakıda keçiriləcək sammitdə iştirak edəcək Bu gün, 13:48 Rusiya casusluq ittihamı ilə yapon jurnalisti həbs edib Bu gün, 13:48 AMB: Ödəniş sistemləri üzrə yeni xidmət haqları vətəndaşlara bilavasitə şamil olunmur Bu gün, 13:48 Həkimdən xəbərdarlıq: Bu qidalar insult riskini artırır Bu gün, 13:48 Elnur Əliyev: Sahibkarlar üçün dəstək mexanizmləri investisiya imkanlarını genişləndirməyə hesablanıb Bu gün, 12:48 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş Bu gün, 12:48 Azərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər Bu gün, 12:48 Aqşin Ağkəmərli 66 yaşında vəfat etdi Bu gün, 12:48 Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər Bu gün, 12:48 Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür Bu gün, 12:48 İlon Mask ABŞ-də aralıq seçkiləri üçün 366 milyon dollar xərcləyib Bu gün, 12:48 İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq Bu gün, 12:48 Kartdan-karta pul köçürənlərin DİQQƏTİNƏ - Aprelin 1-dən bu qədər pul tutulacaq Bu gün, 12:48 Xüsusi nümayəndə: "Kəlbəcər rayonunun Zar kəndinə növbəti köç gözlənilir" Bu gün, 12:48 Bakı-Sumqayı yolunda TIR-ın daşıdığı texnika körpüyə ilişdi Bu gün, 12:48 Azərbaycanda rəqabət xəritəsi hazırlanacaq: Bazarlardakı vəziyyət qiymətləndiriləcək Bu gün, 11:49 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü Bu gün, 11:49 Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib Bu gün, 11:49 Pərviz Şahbazov: Energetika sektorunda rəqabətin inkişafı üçün geniş islahatlar aparılıb Bu gün, 11:49 Prezident: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir Bu gün, 11:49 Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır Bu gün, 11:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR