10-01-2025, 13:58 376

ADY: Çindən Orta Dəhlizlə daşınmış yüklərin həcmi 25 dəfədən çox artıb

2024-cü ildə Çindən Orta Dəhlizlə daşınmış yüklərin həcmi 2023-cü illə müqayisədə 25 dəfədən çox artaraq 27 min konteyneri keçib.

“Report” bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, infrastruktur imkanları bu il azı 1 000 blok-qatarın Azərbaycan ərazisi ilə daşınmasına imkan verir.

ADY-nin beynəlxalq tərəfdaşlarla apardığı davamlı və aktiv danışıqlar nəticəsində Orta Dəhliz vasitəsilə tranzit daşımaların sürətinin və səmərəliliyinin artırılması məqsədilə konteyner daşımalarının həcmi və payı ildən-ilə artırılır. 2024-cü il bu baxımdan əhəmiyyətli nəticələrlə yadda qalıb.

Ötən ilin mart ayında Çinin Sian şəhərindən Orta Dəhlizlə Bakıya cəmi 11 günə çatan ilk konteyner blok-qatarı ölkəmizin tranzit potensialında yeni mərhələ açıb. Davamlı tədbirlər, görüşlər və razılaşmalar sayəsində ötən il Çindən Azərbaycana 358 konteyner blok-qatarı (artıq onlardan 287-si qəbul edilib) göndərilib ki, bu da Orta Dəhlizlə yükdaşıma həcminin artdığını və Azərbaycanın beynəlxalq nəqliyyat sistemindəki rolunun daha da gücləndiyini göstərir. Orta Dəhlizin tək Şərq-Qərb marşrutu kimi yox, həm də Qərb-Şərq nəqliyyat arteriyası kimi inkişafını dəstəkləmək məqsədilə 2024-cü ilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib. Bu, yerli sahibkarlara öz yüklərini Orta Dəhlizlə birbaşa Çinə göndərməyə şərait yaradır.

Orta Dəhlizin əsas komponentlərindən biri olan BTQ xəttinin imkanlarının genişləndirilməsi məqsədilə aparılan modernləşdirilmə işlərinin sürətləndirilməsi və yekunlaşdırılması üçün xətt vasitəsilə yükdaşımalar 2023-cü ilin may ayında müvəqqəti olaraq dayandırılmışdı. İşlərin sürətləndirilməsi sayəsində 2024-cü ildə Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. Modernləşdirmə işləri tamamlandıqdan sonra ötən il mayın 20-dən etibarən yükdaşımalar bərpa edilib.

Orta Dəhliz və modernləşdirilmiş BTQ dəmiryol xəttinin geniş imkanları sayəsində 2024-cü ilin iyun ayından Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olan Lianyunqanqdan yüklərin test rejimində göndərilməsinə başlanılıb.

Modernləşdirmə işlərinin tamamlanmasının ardınca ötən il həm də ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətlərinin təsisçiliyi ilə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradılıb. Yeni müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərərək regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin potensialının dəfələrlə artırılmasına töhfə verəcək. Eyni zamanda, Marabda–Kartsaxi sahəsinin bütün dəmiryol infrastrukturunun istismarı və idarə edilməsi ilə yanaşı, əldə edilən vəsaitdən Gürcüstan tərəfinə ayrılmış kredit borcunun tam olaraq geri ödənilməsini həyata keçirəcək.

Orta Dəhlizin potensialının gücləndirilməsi istiqamətində Gürcüstan və Qazaxıstan dəmir yolları ilə birgə təsis edilmiş “Middle Corridor Multimodal Ltd.” şirkəti də həlledici rola malikdir. Bu birgə müəssisə vasitəsilə vahid pəncərə yanaşmasının, stabil tarif siyasəti və səmərəli daşınma şərtlərinin tətbiqini təmin edilir. Eyni zamanda, 2024-cü ildə Çin dəmir yollarının törəmə şirkəti olan Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının (CRCT) birgə müəssisəyə qoşulması Orta Dəhliz üzrə daha təkmilləşmiş yanaşma, daha professional daşınma texnologiyalarını tətbiq etmək imkanlarına yol açır.

Orta Dəhlizin cənub qanadı hesab olunan Avrasiya Nəqliyyat Marşrutu beynəlxalq marşrutların diversifikasiyasını və əlavə yük axınlarının cəlb edilməsini təmin edərək Mərkəzi Asiya ölkələri, Əfqanıstan və Pakistan üçün yeni ticarət imkanları yaradır. Avstriya Dəmir Yollarının bu marşrutun inkişafına maraq göstərməsi Qərb-Şərq istiqamətində yüklərin daşınması potensialının reallaşdırılması üçün əlverişli zəmin yaradır.

Paylaş

Xəbər lenti

Səudiyyə Ərəbistanında ilk kvant kompüteri işə salındı Bu gün, 22:48 Pensiyaların verilməsi ilə bağlı əhaliyə ŞAD XƏBƏR Bu gün, 22:48 "Google" şirkətinin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi layihələr müzakirə olunub Bu gün, 22:48 İran Səhiyyə Nazirliyi Müctəba Xameneinin sağlamlıq vəziyyəti barədə açıqlama verdi Bu gün, 22:48 Bessent Rusiya neftinin tədarükü ilə bağlı güzəştlərin müddətinin uzadıldığını təsdiqləyib Bu gün, 22:48 ABŞ-nin "İqtisadi qəzəb" əməliyyatına İranın cavabı gecikmədi - ŞOK QƏRAR Bu gün, 22:48 Finlandiya dünya çempionatında ABŞ-ni darmadağın etdi Bu gün, 21:48 Daha iki qrup zəvvar həcc ziyarətinə yola salındı Bu gün, 21:48 Emin Əmrullayev "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb Bu gün, 21:48 Anar Quliyev UN-Habitat-ın sabiq direktoru ilə görüşüb Bu gün, 21:48 AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları ləğv edib Bu gün, 21:48 Gürcüstanın baş naziri: "Bakıda imzalanan sazişlər strateji tərəfdaşlığın daha da güclənməsinə töhfə verəcək" Bu gün, 20:48 Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı videoçarx paylaşılıb Bu gün, 20:48 Masaj salonunu işlədənlərdən pul tələb edən şəxs hakim qarşısına çıxarılıb Bu gün, 20:48 Kuleba: Ukrayna və Azərbaycan bərpa və yenidənqurma layihələrini müzakirə edir Bu gün, 20:48 Dabaq xəstəliyinə qarşı milyonlarla doza peyvənd ALINACAQ Bu gün, 19:48 Bakıdan Tbilisiyə qatarlar bərpa olunur? - RƏSMİ Bu gün, 19:48 Bruqada: Mexiko 2030-cu ilə qədər yeni şəhər gündəliyinin formalaşdırılmasına hazırlaşır Bu gün, 19:48 ADY: BTQ dəmir yolu xəttində modernləşdirmə işləri tamamlanıb Bu gün, 19:48 Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir Bu gün, 19:48 İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb Bu gün, 18:48 Bakı-Qəbələ-Bakı qatarları həftəsonları hər iki istiqamətə hərəkət edəcək Bu gün, 18:48 Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib Bu gün, 18:48 Mariam Kvrivişvili: "SOCAR ilə əməkdaşlıq Bakı–Supsa kəmərinin bərpasına imkan yaradacaq" Bu gün, 18:48 Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib Bu gün, 18:48 Yuri Qusev: Kiyev Ukraynanın bərpası üzrə konfransda Azərbaycanın iştirakına ümid edir Bu gün, 18:48 Si Cinpin WUF13-ün işinə uğurlar arzulayıb Bu gün, 17:49 Murat Kurum: Türkiyə və Azərbaycan güclərini daha da artırmağı hədəfləyib Bu gün, 17:49 Nazir: Türkiyə COP31-də Azərbaycanın COP təcrübəsindən istifadə edəcək Bu gün, 17:49 Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib Bu gün, 17:48 Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib Bu gün, 17:48 Emin Ağalarov: "Liderlərin "Sea Breeze"ə səfəri gözlənilir" Bu gün, 17:48 İlham Əliyev: Azərbaycan vahid Çin siyasətini dəstəkləyir Bu gün, 17:48 WUF13: Bakı qlobal urbanizasiya siyasətinin əsas platformalarından birinə çevrilir Bu gün, 17:48 KİV: Bakı-Tbilisi dəmiryol nəqliyyatı bərpa olunur - TARİX AÇIQLANDI Bu gün, 17:48 Azərbaycan Belarus və Qazaxıstandan benzin almağa başlayıb Bu gün, 17:48 WUF13 çərçivəsində Liderlər Sammiti başa çatıb Bu gün, 17:48 Elvin Hacıyevə yüksək vəzifə verildi Bu gün, 17:48 Serbiya prezidenti: "Azərbaycanla birlikdə qaz istehsal müəssisəsi istifadəyə verəcəyik" Bu gün, 16:48 UN-Habibat: Azərbaycanın "ağıllı şəhər"lər ilə bağlı layihələri təqdirəlayiqdir Bu gün, 16:48 Kobaxidze: Azərbaycan WUF13-ü yüksək səviyyədə təşkil edib Bu gün, 16:48 Azərbaycan və Türkiyə enerji səmərəliliyi üzrə Anlaşma Memorandumu imzalayıb Bu gün, 16:48 Esvatini Kralı: Bakıya gəlmək və WUF13-də çıxış etmək şərəfdir Bu gün, 16:48 AYNA: WUF13 çərçivəsində 24 minə yaxın sərnişin daşınıb Bu gün, 16:48 Belarusda nüvə silahının tətbiqi ilə bağlı hərbi təlimlərə start verildi Bu gün, 16:48 İliyana Yotova: İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır Bu gün, 16:48 İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib Bu gün, 16:48 Mavriki Prezidenti: WUF13-ə dəvətinə görə İlham Əliyevə təşəkkür edirəm Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR