
Ermənistanın Artik həbsxanasında məhkum asılmış vəziyyətdə aşkarlanıb.
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Penitensiar qurumun məlumatına görə, 1997-ci il təvəllüdlü A. X.-nin meyiti bu gün saat 02:10-da aşkar edilib. Hadisə yerinə gələn təcili yardım briqadası onun ölümünü qeydə alıb.
Digər təfərrüatlar açıqlanmır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.