
ABŞ Ordusu Suriyanın şimalında yeni baza yaratmır və kürd birləşmələri ilə patrul etməyi planlaşdırmır.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.
"ABŞ Kobani ərazisində heç bir baza və ya daimi struktur yaratmır", o deyib.
Ötən həftə “Al Hadath” telekanalı “Suriya Demokratik Qüvvələri”ndəki mənbələrə istinadən xəbər verib ki, ABŞ və Qərb koalisiyasının Suriyada yeni hərbi bazası Fərat çayının şərq sahilində Ayn-əl-Ərəb şəhəri (Kobani) yaxınlığında yaradılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.