
Almaniya Kansleri Olaf Şolts ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa dövlət sərhədlərinin toxunulmazlığı prinsipinə riayət edilməsinin vacibliyini yenidən xatırladıb.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bunu O.Şolts Berlində Almaniya Sosial Demokrat Partiyasının federal qurultayında çıxışı zamanı bildirib.
Məlumata görə, bu Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil edilməsi imkanına dair bəyanatlarla əlaqədardır.
Onun sözlərinə görə, sərhədlərin toxunulmazlığı prinsipi hər bir ölkəyə şamil edilir: "Bu prinsipə hər bir dövlət riayət etməlidir. Sərhədlərin toxunulmazlığı beynəlxalq hüququn başlıca prinsipidir. Heç bir kiçik ölkə böyük qonşusundan qorxmamalıdır”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.