6-10-2022, 18:43 674

Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri görüşüb - YENİLƏNİB

Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyaya işgüzar səfəri çərçivəsində oktyabrın 6-da paytaxt Cakartada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop ilə görüşüb. 

"AVESTA.AZ" xəbər verir ki, TBMM sədri Mustafa Şəntop Milli Məclisin sədri Sahibə Qafarova ilə növbəti dəfə görüşməkdən məmnunluğunu ifadə edərək, Ermənistanın təxribatları nəticəsində şəhid olmuş hərbi qulluqçularımızla bağlı başsağlığı verib. Onun sözlərinə görə, Ermənistanın bu təxribatı bir daha regionda daimi sülh və təhlükəsizliyin nə qədər vacib olduğunu göstərdi. Türkiyə Böyük Millət Məclisinin sədri vurğulayıb ki, Ermənistan sülh müqaviləsini imzalamalıdır və sabitlik üçün başqa yol yoxdur. 

O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi böyük yenidənqurma və bərpa işlərindən danışaraq, mədəniyyət paytaxtı Şuşanın və bütövlükdə Qarabağın tam bərpası istiqamətində görülən işlərin uğurla davam etdirilməsindən məmnunluğunu bildirib. Mustafa Şəntop  Laçının Zabux və Sus kəndlərinin Ana Vətənə qayıtmasına sevindiklərini ifadə edib. 

TBMM sədri görüşdə dost və qardaş ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin yüksək səviyyəsindən bir daha razılığını ifadə edərək, əlaqələrimizin ildən-ilə daha da genişləndiyini qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova səmimi görüşə və səsləndirdiyi fikirlərə görə Türkiyə Böyük Millət Məclisinin sədrinə minnətdarlığını ifadə edərək, qeyd edib ki, ölkələrimiz və xalqlarımız arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətləri bu gün bütün dövlətlər üçün örnək təşkil edir. O, bu əlaqələrin daha da inkişafında və genişlənməsində iki qardaş ölkələrimizin dövlət başçılarının xüsusi rolunu qeyd edib. Spiker Sahibə Qafarova sentyabrın 15-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşü xatırladaraq, qeyd edib ki, bu görüş və ümumilikdə prezidentlərimiz arasında keçirilən çoxsaylı görüşlər qardaşlığımızın daha da möhkəmlənməsinə xidmət edir. 

Görüşdə Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2023-cü il həm qardaş Türkiyədə, həm də Azərbaycanda tarixi yubileylərlə zəngindir. Qarşıdan gələn ildə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Həmçinin, 2023-cü il Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümünün qeyd edilməsi ilə əlamətdardır. O, hər iki tarixi hadisə ilə bağlı qardaş ölkələrimizdə geniş tədbirlərin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb. 

Parlamentlərimiz arasında münasibətlərin qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin ruhuna və dinamikasına uyğun olaraq inkişaf etdiyini bildirən Milli Məclisin sədri deyib ki, Milli Məclis və TBMM-in parlamentlərarası əməkdaşlığı ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda uğurla həyata keçirilir. Beynəlxalq parlamentlərarası qurum və platformalar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirilməsi, deputatlarımızın qarşılıqlı olaraq ölkələrimizin mövqeyini dəstəkləməsi sarsılmaz dostluq və qardaşlıq münasibətlərimizin yüksək səviyyədə olmasının bariz göstəricisidir. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

12:45

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İndoneziyada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşüb.

“AVESTA.AZ” xəbər verir ki, bunu M.Şəntop tviterdə yazıb.

“Müzakirə zamanı parlementlərarası əlaqələrin daha da dərinləşdirilməsi üçün hansı addımlar ata biləcəyimizi müzakirə etdik”, - o bildirib.

Qeyd edək ki, İndoneziyanın paytaxtı Cakarta şəhəridə "Böyük iyirmilik" (G20) ölkələrinin parlament sədrlərinin 8-ci sammiti keçirilir.

Paylaş

Xəbər lenti

Bu gün Bakının iki qəsəbəsində işıq olmayacaq Bu gün, 09:48 UEFA Çempionlar Liqası: Gərgin keçən oyunlarda "Bavariya" və "Arsenal" yarımfinala yüksəlib Bu gün, 09:48 "İrəvan: tarixin və itirilmiş irsin əks-sədası" kitabının təqdimatı keçirilib Bu gün, 09:48 "Mən, Lalə, bir də Şerlok Holms 2" filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunub Bu gün, 09:48 Bu endirim kampaniyasında qiymətlər danışacaq Bu gün, 09:48 Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşıb Bu gün, 09:48 Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür Bu gün, 00:48 Paşinyandan Tramp marşrutu ilə bağlı açıqlama Dünən, 23:48 Azərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir Dünən, 23:48 Biləsuvarda ana yemək üstündə qızını vəhşicəsinə döydü Dünən, 23:48 Meloni: Ukraynaya dəstək bizim mənəvi borcumuzdur Dünən, 23:48 Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib Dünən, 23:48 Ərdoğan: Məktəbə silahlı hücumdan reytinq üçün istifadə edilməməsi vicdan borcdur Dünən, 23:48 İTV-yə yeni baş direktor nə vaxt seçiləcək? - Telekanal rəsmisindən AÇIQLAMA Dünən, 23:48 Parisdə Azərbaycana aid sərgi təşkil olunub Dünən, 23:48 "Bloomberg": ABŞ və İran atəşkəsin daha iki həftə uzadılmasını nəzərdən keçirirlər Dünən, 23:48 Levitt: ABŞ hələ İrana atəşkəsin müddətini uzatmağı təklif etməyib Dünən, 23:48 Ukraynalılar azərbaycanlı akademik Zərifə Əliyeva haqqında danışdılar Dünən, 23:48 Azərbaycanda gənc hərbi çağırış zamanı şok hadisə ilə üzləşdi Dünən, 23:48 İran Pakistandan başqa heç yerdə ABŞ ilə danışıqlar aparmaq istəmir Dünən, 23:48 DMM: Kahramanmaraş və Şanlıurfadakı insidentlərlə bağlı dezinformasiyalar yayılır Dünən, 23:48 Numan Kurtulmuş: BMT müharibələri dayandırmaq qabiliyyətini itirib Dünən, 23:48 Toiu: Azərbaycan və Rumıniya bu il hökumətlərarası komissiyanın iclasını keçirəcək Dünən, 20:48 İran və Çinin XİN başçıları arasında telefon danışığı baş tutub Dünən, 20:48 Hər kəsin üzləşə biləcəyi problemlə bağlı cavib AÇIQLAMA Dünən, 20:48 Tehran Vaşinqtondan kompensasiya tələb etdi - Şərtlər AÇIQLANDI Dünən, 19:48 Netanyahu və Madyar ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər Dünən, 19:48 Vətəndaşa verilən qiymət, dəyişməz mövqe: Bakı və Moskva mürəkkəb danışıqlarda razılığa gəldilər Dünən, 19:48 Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək Dünən, 19:48 Azercell-in dəstəyi ilə "StartHer Quba" layihəsinə start verildi Dünən, 19:48 Azərbaycanda bəzi şəxslərin MAAŞLARI ARTACAQ Dünən, 18:48 Könül Hüseynova: "İncəsənət təhsilində müasir metodların tətbiqi zəruridir" Dünən, 18:48 Asiyaya açılan investisiya pəncərəsi: ARDNF-nin Çin strategiyası genişlənir Dünən, 18:48 Bakı sakinlərinə qazla bağlı XƏBƏRDARLIQ - Sabah saat 10:00-dan etibarən... Dünən, 18:48 Pakistanda növbəti həftə ABŞ-İran danışıqları bərpa edilə bilər Dünən, 18:48 Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək Dünən, 18:48 Politoloq: "Azərbaycan hər zaman milli maraqlarını qətiyyətlə qorumağa qadir ölkə olduğunu göstərir" Dünən, 17:49 Kəmaləddin Heydərov agentliyə yeni rəis təyin etdi Dünən, 17:48 Alkoqolsuz pivənin faydaları ilə bağlı araşdırma açıqlanıb Dünən, 17:48 Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib Dünən, 17:48 Leandro Andrade: "Dünyanın ən yaxşılarına qarşı mübarizə aparmaq xüsusi hissdir" Dünən, 17:48 Azərbaycan yaxın 4 ildə işğaldan azad olunmuş ərazilərinə 13 milyard manat xərc çəkəcək Dünən, 17:48 Ölümə görə kompensasiya qalmaqalı: Şirkət niyə ödəniş etmir? Dünən, 17:48 Sabah Bakının bu hissələrində QAZ KƏSİLƏCƏK - Saat 10:00-dan... Dünən, 17:48 Türkiyədə məktəbdə silahlı insident törədən məktəblinin atası saxlanıldı - DETALLAR Dünən, 17:48 "Sea Breeze Resort" istirahət zonasına su fondundan 55 hektar torpaq sahəsi ayrılıb Dünən, 17:48 Məcnun Məmmədov: "Latviya ilə aqrar sahədə prioritet istiqamətlər üzrə razılıq əldə olunub" Dünən, 17:48 Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq xidmət etmək istəyənlərin NƏZƏRİNƏ - QƏBUL BAŞLADI Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR