15-01-2025, 10:09 469

SOCAR-ın “Yaşıl” istiqrazlarına abunə yazılışı başlayıb

Bu gündən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bərpaolunan enerji layihələrini dəstəkləmək məqsədilə buraxdığı yeni “Yaşıl” istiqrazlarına abunə yazılışı başlayıb.

“AVESTA.AZ” “SOCAR Capital” şirkətinə istinadən xəbər verir ki, nominal dəyəri 1 000 (min) ABŞ dolları olan SOCAR istiqrazları sahiblərinə 6% illik gəlir qazandıracaq. İstiqrazlar 5 illik müddətə buraxılır və kupon ödənişləri hər 3 aydan bir ödəniləcək. Ümumi buraxılış məbləği 200 milyon ABŞ dolları təşkil edən istiqrazları əldə etmək üçün son tarix cari il fevralın 28-dir.

“Yaşıl” istiqrazlardan əldə olunan vəsait ölkəmiz üçün prioritet əhəmiyyətə malik “yaşıl” enerji layihə və investisiyalarına sərf ediləcək. Belə ki, SOCAR “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxdığı bu istiqrazları ilə vətəndaşlara etibarlı və davamlı gəlir imkanı qazandırmaqla yanaşı, ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafını dəstəkləmək niyyətindədir.

Eyni zamanda, Azərbaycanın “yaşıl” enerji sahəsindəki təşəbbüslərinə töhfə vermək yeni emissiyanın başlıca məqsədlərindən biridir.

“PAŞA Kapital” İnvestisiya Şirkətinin anderrayteri olduğu SOCAR-ın "Yaşıl” istiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR istiqrazları köşklərindən, o cümlədən ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.

Ətraflı məlumat üçün *1999 çağrı mərkəzi və socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət oluna bilər.

Xatırladaq ki, SOCAR istiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb-saytlardan əldə edilə bilər.

Paylaş

Xəbər lenti

Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə olunub Bu gün, 00:48 Azərbaycan arxeologiyasının ən mühüm ünvanlarından biri - Azıx mağarasından reportaj Bu gün, 00:48 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq Dünən, 23:48 Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb Dünən, 23:48 Paytaxtda su kollektorunun partlaması nəticəsində yaranan problem niyə həll olunmur? Dünən, 23:48 "Euronews": SOFAZ Azərbaycanın Asiya və Avropa arasında birləşdirici halqa rolunu möhkəmləndirir Dünən, 23:48 Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT Dünən, 23:48 Hikmət Hacıyev: Azərbaycan-Meksika münasibətləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır Dünən, 22:48 Prezidentin köməkçisi: Azərbaycan və Meksika arasında sıx tərəfdaşlıq üçün böyük imkanlar var Dünən, 22:48 Husilər Bab əl-Məndəbdəki son iki adanı da ələ keçiriblər Dünən, 22:48 Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı Dünən, 22:48 Sabunçuda bina sakinlərinin lift kartları bloklandı: Səbəb nədir? Dünən, 22:48 CENTCOM rəhbəri danışıqlar üçün Səudiyyə Ərəbistanındadır Dünən, 21:48 AZPROMO: Azərbaycan sahibkarları Çində xidmət ixracı imkanları ilə bağlı müzakirələr aparırlar Dünən, 21:48 Valideynləri gözləyən xərclər və forma QİYMƏTLƏRİ Dünən, 21:48 Şuşada Meksikanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti uzadılıb Dünən, 20:48 İranda sünni ruhaninin qətli: Pərdəarxası məqamlar Dünən, 20:48 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ Dünən, 20:48 Şəhər yollarında kiçikölçülü avtomobillərdən istifadə təhlükəlidir? Dünən, 20:48 Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ Dünən, 19:48 Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub Dünən, 19:48 Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər Dünən, 19:48 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb Dünən, 19:48 Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən YENİ AÇIQLAMA Dünən, 19:48 Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Dünən, 19:48 Fərid Şəfiyevə üç müavin təyin edildi Dünən, 18:48 Paytaxt sakinlərinin tıxac kabusu: Məktəblər açılır, yollar necə olacaq? Dünən, 18:48 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb Dünən, 18:48 Müsəlman ölkələrindən olan diplomatlar Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar Dünən, 18:48 Diplomatik korpus Şuşada Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin büstləri ilə tanış olub Dünən, 18:48 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var Dünən, 18:48 ABŞ senatorları OpenAI-dan süni intellekt modelləri ilə bağlı məlumat tələb edib Dünən, 18:48 Səkkiz ayda əsas kapitala yatırılan investisiyanın həcmi açıqlandı - Ciddi artım Dünən, 18:48 Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar Dünən, 17:48 Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb Dünən, 17:48 Hərəkət iflic olur, sürücülər gərginləşirlər: Tıxacın həlli bu dəyişikliklərdədir? Dünən, 17:48 "Elmlər Akademiyası"ndan "Həzi Aslanov"a ekspres marşrut fəaliyyətə başlayır Dünən, 17:48 Nazir mərhum prokurorun general oğluna vəzifə verdi Dünən, 17:48 Fərid Şəfiyev BMTMM sədri təyin edilib - SƏRƏNCAM Dünən, 17:48 Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində müzakirə keçirilib Dünən, 17:48 Sakinlərin şikayətinə səbəb olan daş emalı sexi ilə bağlı nələr üzə çıxdı? Dünən, 16:48 Bakıda yağış sularının yaratdığı problemlər necə həll olunacaq? – AÇIQLAMA Dünən, 16:48 Bakıda ərini öldürüb həyətdə basdıran qadına hökm oxunub Dünən, 16:48 Terrorçuluğu maliyyələşdirən iki nəfərə hökm oxundu Dünən, 16:48 Ekrem İmamoğluna hökm oxundu Dünən, 16:48 Dördüncü İqlim Həftəsi başa çatıb Dünən, 16:48 Slovakiya sentyabrda Azərbaycanla qaz tədarükü üzrə danışıqlara başlayacaq Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR