
"Qarabağ"ın futbolçusu Marko Yankoviç Yunanıstanda "Olimpiakos"a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçını buraxacaq.
"AVESTA.AZ"un məlumatına görə, zədədən yenicə qayıdan monteneqrolu yarımmüdafiəçinin adı oyunun iştirak ərizəsindən çıxarılıb.
Qeyd edək ki, bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.