
Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
"Qarabağ"ın Yunanıstanda "Olimpiakos"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda vurduğu qol ləğv edilib.
"Report"un məlumatına görə, VAR sisteminin müdaxiləsindən sonra Abdullah Zubirə ötürmə verən Leandro Andradenin topu qəbul edərkən oyundankənar vəziyyətdə olduğu məlum olub.
Nəticədə referi qolu hesaba almayıb.
Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.
"Report"un məlumatına görə, 5-ci dəqiqədə Abdullah Zubir "köhlən atlar"ı önə keçirib.
Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb.
"Report"un məlumatına görə, "Georgios Karaiskakis" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.